• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı

Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı
15.04.2019 15:49
Biz çox istərdik ki, Fransa və İtaliyanın rəhbərləri belə məsələlərə həssas yanaşaydılar. Çünki dünya "erməni soyqırımı”nın saxta olduğunu və bunun ermənilər tərəfindən Türkiyəyə göstərilməsi üçün uydurulduğunu kifayət qədər yaxşı bilir.

Türkiyənin dəfələrlə təklif etməsinə baxmayaraq, Ermənistan Türkiyə arxivlərinin birlikdə araşdırılmasından imtina edib.

Bu baxımdan, Fransa və İtaliya kimi nüfuzlu dövlətlərin belə bir qərar qəbul etməsi təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda, onların sivil dünya ilə münasibətlərində də müəyyən ab-hava yarada bilər.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindən olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

"Düzdür, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın Dağlıq Qarabağda qurduğu oyuncaq və işğalçı rejimi tanımır. Bununla belə, dövlətlər tarixi məsələlərdə ehtiyatlı olmalıdılar, bundan siyasi məqsədlər üçün istifadə edilməsinə, beynəlxalq münasibətlərin gərginləşməsinə, dünya siyasətinin aparıcı qüvvələrindən - dövlətlərindən biri olan Türkiyə ilə münasibətlərin pozulmasına yönəlik addımlardan çəkinməlidirlər”, - deyə qeyd edən millət vəkili bildirib ki, bu tip məsələlərin gələcəkdə Avropanın aparıcı ölkələlərinin daxili və xarici siyasətində kifayət qədər ciddi şəkildə öyrənilməsi yaxşı olar.

"Milli Məclisdə uydurma "erməni soyqırımı”nın ifşası ilə bağlı, eləcə də, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqrımının tanınması ilə əlaqədar qarşılıqlı şəkildə qətnamələrin, qanun layihələrinin qəbulu mümkündürmü” sualına cavabında isə millət vəkili bildirib ki, parlament səlahiyyətləri çərçivəsində bütün addımlar mümkündür.

"Biz dəfələrlə bu və ya digər ölkədə uydurma "erməni soyqırımı” məsələsi xüsusi qabardılanda öz mövqeyimizi bildirmişik, məktublar ünvanlamışıq, xarici ölkələrin Azərbaycandakı səfirlərinə və səfirliklərinə müraciətlər etmişik.

Bu baxımdan, bu məsələnin də parlamentin növbəti iclasında müzakirə edilməsi gözləniləndir. Çünki söhbət BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan ölkədən, ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərindən birindən və dünya siyasətinə ciddi təsir edən bir ölkədən gedir.

Bu baxımdan, Azərbaycan bir türkdilli dövlət, Türkiyənin ən yaxın dostu, eyni zamanda, Ermənistanın işğalına məruz qalmış bir ölkə kimi həmişə belə məsələlərə öz mövqeyini bildirir və belə qərarlar qəbul edən ölkələri öz qərarlarına həssaslıqla yanaşmağa çağırır”, - deyə A.Mirzəzadə əlavə edib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol