Azərbaycan və Ermənistanın xarici işlər naziri görüşdü

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























