• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?

Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20.04.2019 10:13
Ermənistandakı Metsamor AES-in işlənmiş nüvə yanacağına görə Gürcüstan ekoloqları narahatlıq keçirir.


Anews.az-ın məlumatına görə, Virtualaz.org xəbər verir ki, buna səbəb Ermənistanın Energetika Nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyanın açıqlamasıdır.


Martirosyan bu günlərdə jurnalistlərə bildirib ki, erməni tərəfi işlənmiş nüvə yanacağının Rusiyaya daşınması üçün Gürcüstanla danışıqlar aparmaq niyyətindədir. Martirosyan deyib ki, belə yükləri hava nəqliyyatı ilə daşımırlar. Ona görə də gürcü tərəfinə əsaslandırmaq lazımdır ki, nüvə yanacağı tullantılarının yerüstü nəqliyyatla daşınması təhlükəsizdir.


Gürcü ekoloq Nino Çxobadze isə hesab edir ki, Gürcüstanın yollarını və relyefini nəzərə alanda bu çox təhlükəli daşınma olardı.


"Bu ölkə üçün çox təhlükəlidir...Mən hesab edirəm ki, gürcü tərəfi buna razılıq verməyəcək, çünki belə yükün daşınmasının təhlükəsizliyini təmin etmək üçün heç bir imkan yoxdur”-ekoloq deyib.


Çxobadze "Sputnik”ə açıqlamasında qeyd edir ki, işlənmiş radioaktiv tullantılar əsasən dəmir yol nəqliyyatı ilə daşınır. Gürcüstanın isə Rusiya ilə birbaşa dəmir yol rabitəsi yoxdur. Nəticədə belə çıxır ki, tullantıların doldurulduğu xüsusi konteynerlər təkcə Gürcüstandan yox, həm də Azərbaycandan keçəcək.


Ekoloq deyir ki, belə yüklərin avtomobil nəqliyyatı ilə daşınması təhlükəsiz hesab edilmir. "Bizim şose, keçmiş Hərbi-Gürcüstan yolu prinsipcə o qədər də yaxşı vəziyyətdə deyil. Bu nəqliyyat həmin istiqamətdə hərəkət edən bütün TIR-ların hərəkətini ləngitməlidir, çünki radioaktiv maddələrin daşınması zamanı yol tamamilə boş olmalıdır. Xüsusən də işlənmiş nüvə yanacağının”-Çxobadze bildirib.




Gürcü ekoloq qeyd edir ki, erməni tərəfinin işlənmiş yanacağı Rusiyaya daşımaq arzusunun haradan meydana çıxdığını anlamır. Çünki Metsamor AES-in yanında işlənmiş yanacağı saxlamaq üçün xüsusi poliqon var. Həmin poliqon Amerikanın maliyyələşdirdiyi proqram hesabına yaradılıb və işlənmiş yanacağı da orada basdırmalı idilər.


"Mən ümumiyyətlə başa düşmürəm ki, radioaktiv tullantıların daşınması nəyə görə gəlirli biznes sayılır? Bu mənə heç aydın deyil ki, Rusiyadan hansısa şirkət həmin yanacağı hərbi məqsədlərlə yenidən emal etmək istəyir. Bu, bizim üçün qəbuledilməzdir”-ekoloq deyib.


Ermənistan nüvə yanacağı tullantılarının daşınması və emalı üçün Rusiyanın "Mayak” müəssisəsi ilə anlaşıb. Həmin müəssisə işlənmiş yanacağın utilizasiyası, habelə hərbi təyinatlı plutoniuma çevrilməsi ilə məşğuldur.




Qeyd edək ki, Ermənistanın radioaktiv tullantıları Azərbaycanın işğal altındakı ərazilərində basdırdığı haqda illərdir məlumatlar səslənir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol