• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: Avropa Parlamentinin belə bəyanatlarına alışmışıq - MÜSAHİBƏ

Asim Mollazadə: Avropa Parlamentinin belə bəyanatlarına alışmışıq - MÜSAHİBƏ
23.09.2014 16:38

Oxu.Az-ın suallarına Milli Məclisin deputatı, politoloq Asim Mollazadə cavab verir.

-  Avropa Parlamenti bu günlərdə Azərbaycanda insan haqlarına dair vəziyyət ilə bağlı çox sərt və tənqidi bəyanat qəbul edib. Bu barədə nə düşünürsüz?- Bu, Avropa Parlamentinin nə birinci, nə də axırıncı bəyanatıdır. Ümid edirəm ki, bu qəbildən olan sənədlər Azərbaycan və Aİ arasında yaranmış ümumi maraqlara əsaslanan qarşılıqlı əlverişli münasibətlər prinsipini pozmayacaq.Mən Avropa Parlamentində bəzi dairələr tanıyıram ki, mövqeləri Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərə ciddi xələl gətirməkdən ibarətdir. Bu, bəyanatın məhz Avropa İttifaqının Azərbaycan ilə energetik layihələrin inkişafında maraqlı olduğu bir anda qəbul edilməsi bunun əyani təzahürüdür. Bu gün bu istiqamətdə iş aparılır, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyini təmin edir. Amma Azərbaycanla rəqabət aparan qüvvələr və erməni diasporası regionda Ermənistanın aqressiya və hərbi əməliyyatlara əsaslanan roluna don geyindirərək ağrımayan başa dəsmal bağlamağa çalışırlar.Azərbaycanda, digər postsovet ölkələrdə olduğu kimi demokratiya, insan haqları ilə müxtəlif problemlər mövcuddur, amma burada vəziyyət heç də Ermənistanda olduğundan pis deyil, nədənsə bu müzakirə mövzusu olmur. Avropa Parlamentində, elə digər strukturlarda da, Avropanın enerji təhlükəsizliyi təminatı məsələlərində əsas bəndlərdən biri olmasına baxmayaraq, qınaq hədəfi çox vaxt məhz Azərbaycan olur.  - İş də ondadır ki, Avropada artıq çox tez-tez Azərbaycanın ünvanına tənqid eşitmək olar, amma Ermənistana qarşı belə münasibət görmürük.- Biz buna alışmışıq, işləməyə davam edəcəyik. Və hər şeydən öncə Avropa Parlamenti regionumuzda qanunun aliliyinə, Azərbaycan ərazisinin işğalına, bu ərazilərdə etnik təmizlənmənin aparılmasına dair bəyanatlarının implementasiyasına istiqamətlənmiş işini davam etdirməsini istərdik. Düşünürəm ki, bu təşkilatın regionun sabitliyi və inkişafı üçün ən böyük hədiyyəsi olardı.-  Əminsiz ki, göstərilən bəyanat analoji sərt cavaba səbəb deyil?- Xeyr, biz əməkdaşlıq etmişik və davam edəcəyik. Düşünürəm ki, bu qarşılıqlı əlverişli əməkdaşlıqdır. Sadəcə biz Brüselldə dəfələrlə başa salmağa çalışmışıq ki, əgər biz böyük qardaşımıza “Əlvida” demişiksə, nə Brüssel, nə Vaşinqton, nə Ankara bizi körpə kimi danlaya biləcək növbəti böyük qardaş ola bilməz.-  Bütün bunlarla yanaşı Avropa Parlamentində bəzi deputatlar, ayrı-ayrı azərbaycanlı məmurlara qarşı sanksiyalar yürütməyə çağırırlar...- Hər bir deputat öz hərəkətlərinə cavabdehdir. Mən buna şərh vermək istəmirəm.Mən bizim XİN-in bəyanatı ilə tanışam, düşünürəm ki, o yetərlidir.- Bu cür “ikili standartlar”ın təsiri altında Azərbaycanın xarici siyasət istiqamətlərini dəyişməsi mümkündürmü?- Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın siyasi istiqamətində ciddi dəyişikliklər olmayacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol