Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

1-5 oktyabr 2014-cü il tarixlərdə Azərbaycanın Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək.
ANN.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir. Foruma Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə qatılacaq.Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak edəcəyi forumun açılış mərasimi 2 oktyabr 2014-cü il tarixdə Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq.Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























