Kapitulyasiyaya son addım qaldı: Azərbaycan Ordusu təmas xəttinin dərinliyində… - İrəvandan şok etiraf

Dağlıq Qarabağ münaqişəsi zonasında nisbi sakitlik qalır, ancaq, vəziyyət istənilən vaxt dəyişə bilər.
Publika.az xəbər verir ki, bunu "Sputnik Ermənistan”a müsahibəsində "DQR” "prezidentinin” məsləhətçisi Tiqran Abramyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan indi çox intensiv silahlanır və siyasi qərar qəbul ediləndən sonra uzun müddət gözləmək lazım gəlməyəcək.
"Bakı öz arsenalını aktiv şəkildə yeniləyir, yeni silahlar alınacaq. Bundan başqa vaxtaşırı hərbi təlimlər və başqa hərbi tədbirlər keçirilir, mühəndis-istehkam işləri aparılır”, - Abramyan Azərbaycan Ordusunun gücünü və yüksək döyüş hazırlığını etiraf edib.
Abramyan qeyd edib ki, vaxtaşırı təmasın xəttinin müəyyən dərinliyində Azərbaycanın hərbi gücləri və hərbi texnikasını görmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























