Ermənilər cəbhədə azyaşlı uşaqları atəşə tutdu - FOTO

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub.
Buta.media xəbər verirm ki, bu gün saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalanlar uşaqlardan birinin səhhəti pisləşib.
Ordu.az-ın verdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar.
Xəstəxanada tam müayinə edilən azyaşlı daha sonra evə buraxılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























