• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar hansı ziyarətgahlara gedirlər?

Deputatlar hansı ziyarətgahlara gedirlər?
29.05.2020 00:08
Dini inancları əsas tutan insanlar tez-tez müqəddəs ziyarətgahlarda olurlar. İstər Azərbaycan daxilində, istərsə də xaricdə belə ziyarət ocaqlarının sayı çoxdur. Həmin ziyarətgahlara baş çəkənlər nəzir verir, qurban kəsir və s.

Bütün insanlar kimi, deputatları da belə ziyarətlçilər arasında görmək olar. 
Maraqlıdır, onlar hansı dini ziyarətgahda olublar və ya planlarında belə yerlərə getmək varmı? 

Anews.az bildirir ki, bu barədə Modern.az deputatlar arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

Kamilə Əliyeva: "Demək olar Bakıda yerləşən ziyarətgahların hamısında olmuşam. Bunların sırasında Mirmövsüm Ağa ziyarətgahı, Hökümə xanımın ziyarətgahı, Rəhimə xanım ziyarətgahının adını çəkə bilərəm. Ümumilikdə Maştağa, Bilgəh, Mərdəkan, Şüvəlan, Nardarandakı ziyarət ocaqlarında daha çox olmuşam.  Rayonların da əksəriyyətində müqəddəs ziyarətgahlar var. Hansı rayona yolum düşübsə, ordakı ziyarətgahlara baş çəkmişəm. Ölkə xaricində yerləşən hər hansı ziyarətgaha isə getmək hələ qismət olmayıb”.

Tahir Süleymanov "Ölkədə bir çox ziyarətgahlara getmişəm. Azərbaycanda Mir Mövsüm Ağanın ziyarətində olmuşam. Bizim zonada "Xıdır Zində baba” ziyarətgahı var, demək olar hər il oranı ziyarət edirəm. Fransada "Notr Dam” kilsəsini bir neçə dəfə ziyarət etmişəm. Ümumiyyətlə, həm ölkə daxilində, həm xaricdə ziyarətgahlarda olmağı sevirəm”.

Vahid Əhmədov: "İraqda bütün imamların qəbrini ziyarət etmişəm. Kərbəlaya da ziyarət üçün getmişəm. Azərbaycanda isə "Mir Mövsüm Ağa”nın ziyarətində olmuşam. Bu il üçün hər hansı ziyarətgaha getmək planım isə hələ ki yoxdur”.

Ağacan Abiyev: "Ziyarətgahlara getməyə vaxtım olmur. Ölkə xaricində isə hər hansı turnir, oyunla əlaqədar oluram, ziyarət üçün yox. Vaxt məhdudiyyətinə görə isə hələ ki planda hər hansı ziyarətgaha getmək yoxdur”.

Eldar İbrahimov: "Ölkə daxilində ziyarətgahların əksəriyyətində olmuşam. "Mir Mövsüm Ağa”nı ziyarət etmişəm. Lakin ölkədən kənarda hər hansı bir ziyarətgaha getməmişəm”.

Fəzail Ağamalı "Ölkə xaricində adətən muzeylərdə oluram, ziyarətgahlara getmirəm. Ölkəmizdə isə bəzi müqəddəs ziyarətgahlarda olmuşam. Onların sırasında "Mir Mövsüm Ağa”nın həm ocağı, həm də dəfn olunduğu yeri ailəlikcə bir neçə dəfə ziyarət etmişik. Qarabağda məşhur "Seyid Mürşid Ağa” ocağı var, ora da ailə üzvlərimlə ziyarətə getmişəm. Uşaq vaxtı kəndimizin güney və qərbində iki pir var idi.  Birinin adı  Hərəmlər idi. Hər iki pirə valideynlərim ildə bir dəfə ziyarət etməyə aparırdı”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol