Evlərindən zorla çıxarılan sakinlərdən prezidentə müraciət

Möhtərəm canab Prezident!
Hər şeydən öncə dövlətimizin və xalqımızın firavan gələcəyi naminə sərf etdiyiniz fədakar işinizdə, çoxşaxəli fəaliyyətinizdə Sizə daha böyük uğurlar diləyirik! Azərbaycan Respublikası Prezidenti kimi Sizin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın humanist dəyərlərə necə yüksək önəm verdiyinizin dəfələrlə şahidi olmuşuq.
Möhtərəm canab Prezident!
Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəy Hüseynzadə küçəsindəki 8 saylı evin ayrı-ayrı təcrid olunmuş mənzilləri şəxsi mülkiyyət hüququ əsasında bizə məxsusdur. Həmin yaşayış sahəsinə hüquqlarımız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bu barədə bizə müvafiq qeydiyyat vəsiqələri verilmişdir.
Dəfələrlə müxtəlif dövlət orqanlarına olan müraciətlərimiz bu günə kimi cavabsız qalır və yaxud müxtəlif dövlət orqanlarından Səbail icra hakimiyyətinə göndərilmiş sorğular heç bir məntiqə uyğun olmuyan və formal şəkildə cavablandırılır.
Məlumat üçün bildiririk ki, Əlibəy Hüseynzadə küçəsi 8 ünvanında yerləşən 5-6 mərtəbəli 4 bloklu binada yaşayan sakinlərə "Qala Group” şirkəti və "Sabah Residence” MTK-nın nümayəndələri "Azərdövləttikintilayihə” DLİ-nun 22 sentyabr 2017-cii il tarixli həmən binanın məhdud işlək vəziyyətdə olduğu haqqında aktını əllərində bayraq tutaraq bu binanı öz sənədlərində süni olaraq qəzalı vəziyyətə gətirilərək onun söküləcəyi haqqında sakinlərə bildiriş təqdim etmişdilər.
Belə ki, "Qala Group” şirkəti və "Sabah Residence” MTK vəkili Şahmar Məmmədov və Səbail rayon məhkəməsinin dəstəkləri ilə bizi 5-6 mərtəbəli bina sakinləri yaşadıqlarımız evlərdən "Pilot Layihə” adi ilə zorla çıxarmaq niyyətindədilər.
Eyni zamanda "Sabah Residence” MTK 30 avqust 2017-ci il tarixində 500 manat nizamnamə kapitalı yaradılmışdır və MTK-nın aktivləri haqda sorğumuza heç bir sənəd acığlanmayıb.
Sakinlərə 30 ay müddətində sürüşmə zonasında 3 ədəd 19 yüksək mərtəbəli binada yeni mənzillərlə təmin edəcəikləri barədə söz verilsədə, binada yaşıyan 40-dan çox ailə üzvləri bunu qəbul etmirlər. Çünki bu layihənin 3 ədəd 19 mərtəbəli yaşayış və 1 ədəd 16 mərtəbəli ticarət və rezidensiya təyinatlı binaların 2.5 il müddətində reallaşması inandırıcı görünmür.
Öz şərtlərini sakinlərə məcburi qaydada diktə edən "Qala Group” şirkətin və "Sabah Residence” MTK-nın hüquq məsləhətçisi və eyni zamanda Vəkillər Kollegiyasının intizam məsələləri komissiyasının sədri Şahmar Məmmədov mənzillərini tərk etmələri barədə ultimatum verib, və binada yaşayan 80 çox ailə üzvlərin mülkiyyətindən məhrum edilməsi haqqında Səbail rayon məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmə də bu iddianı icrata götürmüşdür.
Belə çıxır ki, Konstitutsiyanın mülkiyyətlə bağlı müddəalarını məhkəmələr açıq-aşkar müdafiyə etməkdən imtina edirlər və bu imtinanın qanunla bağlı heç bir əlaqəsi yoxdur. Məhkəmə qərarlarında mülkiyyət toxunulmazlığı prinsipinə artıq nadir hallarda rast gəlinir,əsas problem də buradan qaynaqlanır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, bizim məhkəmə hakimlər Konstitutsiyamızda və ya mülki məcələdə xususi mülkiyyətlə bağlı müddəlardan xəbərsizdir. Bu cümlədə Konstitutsiyanın mülkü məcələsini işıglandirmag zərurət var.
Ona görə Konstitutsiya ilə təsbit olunmuş müddəaların istəkliyinə nail olmaq lazımdır, ki reallıqda onların icrası mütləq şəkildə təmin olunmalıdır. Lakin biz sakinlər reallıqda tam bunun əksini görürük. Necə ola bilər ki, vəkil Şahmar Məmmədov dövlətimizə, onun Konstitutsiyasına və Mülkü məcəlləyə qarşı cıxaraq Səbail rayonu Əlibəy Hüseynzadə küçəsi bina 8-də yaşayan 80 nəfərdən çox ailə üzvlərini mülkiyyətindən məhrum edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir və Səbail rayon Məhkəməsi də bu iddianı icrata götürür?
Eyni zamanda yaşadığımız binanın balkonlarını, hasarlarını, uşaq meydançasını və ağaclarını ağır texnika vasıtəsi ilə hissə-hissə dağıdırlar. Binada 28 mənzildə yaşayış ola-ola MTK-nın qanuna zidd söküntü işlərinin aparılması Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səbayı Rayonl İcra Hakimiyyətinin strukturlarının gözü önündə baş verir və "Sabah Residence” MTK-nın bu söküntünün qarşısını almaq üçün heç bir tədbir görülmür.
Möhtərəm canab Prezident!
Yaranmış bu vəziyyətlə əlaqədar, Sizdən xahiş edirik ki, "Qala Group” şirkəti və "Sabah Residence” MTK-nın Konstitutsiyamızda və Mülki məcələdə təsbit olunmuş maddələrə zidd hərəkətlərinin qarşısını almaq üçün biz sakinlərə qanun çərçivəsində əlinizdən gələn köməkliyi əsirgəməyəsiniz.
Bu işdə bizim binamızın qəzalı olmamağı haqqında araşdırılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərin cəlb olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.
Qoşma:
"MBA LTD” MMC-nin Ə.Hüseynzadə küçəsi 8 saylı qəzalı olmamağı haqqında Texniki və Qiymətləndirmə hesabatı №MB-11/875 10 vərəq
Səbail rayonun və Apellyasiya Məhkəmələrin Qərarları
Boyük hörmətlə,
Ə.Hüseynzadə 8 saylı binanın sakinləri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























