• $
  • €
  • ₽
  • ₺
  • £

“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR

“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR
02.05.2019 13:37
Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kibmetrə görə 10 qəpikdən hesablanacaq. 
İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kibmetrə görə 20 qəpik ödəniləcək.


Tarif Şurasının 30 aprel tarixli qərarından sonra elektrik enerjisinin istehlakı ilə də bağlı analoji addımın atılmasının vacibliyi qeyd oilunur. Hesab edilir ki, hökumət işqıdan istifadəyə görə də vətəndaşların durumunu yüngülləşdirən qərar verməlidir.

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


Modern.az saytı bu dəfə deputatlardan işq limiti ilə bağlı rəy öyrənib.

Çingiz Qənizadə: "İşığın limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur. Bu, prezidentin iradəsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı marağı və siyasəti ilə tənzimlənir. Qiymətlərin artırılıb-endirilməsi bildiyimiz kimi, Tarif Şurası vasitəsi ilə həyata keçirilir. Qazın limitinin artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinin açıqlamasında da bildirildi ki, cənab prezidentin mövqeyidir. Qazın limitinin artırılması çox böyük addım idi. Prezident iki gün öncə keçirilən  toplantıda "Azəriqaz”a insanlara süni problem yaratmaları barədə ciddi xəbərdarlıq etdi. Bura qaz sayğaclarına müdaxilə, cərimələrin tətbiq edilməsi kimi məsələlər daxildir ki, bunlar da zamanla yığışdırılacaq. Tək limit məsələsi deyil, həmçinin bu kimi problemlərin də aradan qaldırılması ilə bağlı tapşırıq verildi. Prezident müşavirədə qeyd etdi ki, biz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Belə olan halda düşünürəm ki, işığın limitinin artırılması məsələsinə baxılacaq. Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.
 

Fazil Mustafa: "İşığın limitinin də artırılmasını təklif etmişik. Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və  bu məsələ öz həllini tapsın”. 

Fəzail Ağamalı: " Hazırda hər  hər hansı təklif vermək fikrim yoxdur. Hökumətin Milli Məclisdəki  hesabatı zamanı mən təklif irəli sürmüşdüm. Kütləvi informasiya vaitələrində də bu barədə sualları cavablandırmışam. Tarif Şurası da öz  mövqeyini ortaya qoyub. Bundan sonra əlavə fikir bildirməyə ehtiyac duymuram. Yenidən Milli Məclisdə limitin artırılması ilə bağlı kimsə təklif irəli sürə bilər. Millət vəkili, eyni zamanda bir vətəndaş  kimi limitin artırılması fikri mənim mövqeyimdi, lakin Tarif Şurasının da öz mövqeyi var. Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun. Tarif Şurasının son qərarını müsbət dəyərləndirirəm və düşünmürəm ki, məsələnin müzakirəsinə son qoyuldu”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol