• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək"

İlham Əliyev: "Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək"
28.05.2020 21:18
“Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən Türkiyənin baş nazirini son vəziyyətlə tanış etdim”. APA-nın məlumatına görə, bunu Ə. Davudoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Ermənistan bu qətnamələrə məhəl qoymur, icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və köçkün vəziyyətinə düşüb. Təəssüf ki, vasitəçilərin fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmır, Ermənistan tərəfdən beynəlxalq hüquq kobudcasına pozulur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarları var. Münaqişə bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək". Həmişə Azərbaycanın yanında olduğu üçün Türkiyə dövlətinə, hökumətinə minnətdarlığını ifadə edən prezidentin sözlərinə görə, Türkiyə həmişə ədalətli, beynəlxalq hüquq və prinsiplərə uyğun mövqe nümayiş etdirib: "Gələcəkdə beynəlxalq hüquq və normalar çərçivəsində münaqişənin həlli bölgəyə sülh, geniş miqyaslı əməkdaşlıq gətirəcək. Bu gün belə əməkdaşlıq var, ancaq Ermənistan öz işğalçı siyasətinə görə bu cür əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha gözəl imkanlar yaranacaq. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və çalışacağıq ki, münaqişə tezliklə öz həllini tapsın”. Dövlət başçısı bəyan edib ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol