Gürcüstanın vitse-prezidentindən Azərbaycanla bağlı çağırış

"Hökumətin növbəti iclasında Gürcüstan-Azərbaycan arasında razılaşdırılmamış sərhədin hissələrinin bərpası üzrə yeni komissiya yaradılacaq”.
Bu barədə Gürcüstanın vitse-prezidenti, daxili işlər naziri Georgi Qaxariya parlamentdə çıxışı zamanı bildirib.
"Bu, 1996-cı ildən bəri həll olunmamış həssas məsələdir və bu, postsovet irsidir. Biz yaxşı bilirik ki, delimitasiya və demarkasiya məsələsi prinsipial məsələdir. Birmənalı olaraq bu mövzu ilə spekulyasiya etməyə, etnik nifaq salmağa çalışanlara çağırış edirəm ki, olduqca ehtiyatlı olsunlar. Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizim qardaş xalqdır. Biz demarkasiya çərçivəsində razılaşma əldə edəcəyik və bu razılaşma çərçivəsində həm bizim mədəni irsimiz, həm Kilsəmizin maraqları nəzərdə tutulacaq. Hər hansı digər qiymətləndirmə ictimai maraqlara qarşıdır”, - deyə Qaxariya vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanla Gürcüstan sərhədindək yerləşən "Keşikçi Dağ” məbədi ətrafında süni gərginlik yaranıb. Gürcü zəvvarların iddiasına görə, Azərbaycan sərhədçiləri monastra gediş-gəlişi məhdudlaşdırıblar.
qafqazinfo
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























