• $
  • €
  • ₽
  • ₺
  • £

XİN separatçıların Argentina səfərinə münasibət bildirib

XİN separatçıların Argentina səfərinə münasibət bildirib
29.05.2020 11:02
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-də qondarma separatçı rejimin "xarici işlər naziri”nin Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumatları şərh edib.

XİN-ın açıqlamasında bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin "nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyil.

"Argentinanın erməni icmasının Buenos-Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma "erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb. 

Bundan əlavə, Argentinanın "Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. 

Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ Respublikası” və ya "Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. 

Bununla əlaqədar, separatçıların "xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur. 

Göründüyü kimi, separatçı rejimin dırnaqarası nümayəndəsi qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən, Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.

Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olmuş və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən çıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”, - deyə açıqlamada qeyd olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol