Nazir islahatlardan danışdı: Prezident tapşırıqlar verir

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ekoloji sahədə aparılan islahatlardan danışıb.
Nazir Oxu.Az-a açıqlamasında bildirib ki, bu sahədə islahatlar gedir.
"Ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar gedir. Prezident İlham Əliyev bu prosesləri dəstəkləyir və müvafiq tapşırıqlar verir. Əmin ola bilərsiniz ki, ekologiya sahəsində də Azərbaycanda islahatlar aparılır və davam etdiriləcək”.
"Ekologiya həyat deməkdir. Onun qorunması, yaxşılaşdırılması və təbiətin mühafizəsi bizim əsas istiqamətimizdir. Bu yöndə bir çox proseslər gedəcək. Biz çalışacağıq ki, hamını təhlükələrdən qoruyaq”, - deyə M.Babayev qeyd edib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























