• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovdan ordunun döyüş hazırlığı ilə bağlı - GÖSTƏRİŞ

Zakir Həsənovdan ordunun döyüş hazırlığı ilə bağlı - GÖSTƏRİŞ
04.05.2019 15:51
Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran Müdafiə naziri əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi,  birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Nazir döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol