• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər - Kiyevdən baxış

Azərbaycan bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər - Kiyevdən baxış
07.05.2019 12:53
Ukrayna öz ərazilərini hərbi yolla geri qaytarmağa hazır olmalıdır və düzgün dövlət yanaşması olarsa bir il ərzində ən azı Donbassdakı qoşun qruplaşmasını modernizə edib döyüş vəzifələrinin yerinə yetirilməsinə hazırlaya bilər.

Buta.media xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov "Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Jdanov qeyd edib ki, əslində ordu əraziləri geri qaytarmağa Minsk razılaşmasından dərhal sonra hazırlaşmalıydı. Çünki atəşkəs Ukraynanın xeyrinə deyil. "Həmin məqamdan başlayaraq ordunu bir döyüş əməliyyatları ilə Ukraynanın Rusiya ilə dövlət sərhədlərinə çıxarmağa yönəlmiş əməliyyatlara hazırlıq görmək lazım idi”-Jdanov vurğulayıb.

Ekspert qeyd edir ki, belə münaqişələrdə həmişə iki yol olur-siyasi yol və hərbi yol. Yaxud onların kombinasiyası-güc tətbiq etmə ilə danışıqlara məcbur etmə.

"Lakin istənilən halda prezident danışıqlar prosesinə çıxırsa və bilirsə ki, onun çiyinləri arxasında məsələni minimal itkilərlə həll edə bilən güclü ordu var, o zaman danışıqlar prosesi güc nöqteyi-nəzərindən gedir. Prezident başa düşür ki, üstünlük onun tərəfindədir və özünü daha inamlı hidd edir”-Oleq Jdanov bildirib.

Jdanov qeyd edib ki, əgər ordunu dağıdıb ruhdan salırlarsa danışıqlar prosesi çox çətin gedir. Qarşı tərəf daim hansısa şərtlər irəli sürür və onları qəbul etdirmək istəyir.

"Əgər Ukrayna beynəlxalq hüququn obyekti deyil, subyekti olursa və bizimlə kefi istəyən hər kəs manipulyasiya edirsə o zaman belə variantı doğrudan da nəzərdən keçirmək lazım idi. Məsələn, Azərbaycan. Onlar gündəmdə birinci məsələ kimi Dağlıq Qarabağda hərbi əməliyyatları qoyurlar. Onların ordusu o dərəcədə hazırlıqlıdır ki, bir döyüş əməliyyatı ilə bütün Ermənistanı yerlə bir edir. Bu da qüvvələr bölgüsünü dəyişir, onların danışıqlar prosesindəki mövqeyini dəyişir”-Oleq Jdanov bildirib.

Ekspert hesab edir ki, Ukrayna ordusu da ölkənin şərqində itirilmiş ərazilərini geri qaytarmağa hazır olmalıdır. "Onların onlarla planı olmalıdır. Və bir neçə təlimlər keçirmək lazım idi-komanda-qərargah təlimlərindən tutmuş real döyüş təlimlərinə qədər. Öz niyyətini nümayiş etdirmək lazımdır. Nə qədər ki, biz kolluqda gizlənib oturacağıq, heç kim bizimlə hesablaşmayacaq və məhəl qoymayacaq”-o bildirib.
(Virtualaz.org)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol