• $
  • €
  • ₽
  • ₺
  • £

Roqozin getdi, Jirinovski gəlir: bunun arxasında nə durur? - KÖŞƏ

Roqozin getdi, Jirinovski gəlir: bunun arxasında nə durur? - KÖŞƏ
18.09.2014 16:19
Kamal ƏliAzərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov  Rusiya Federasiyasına qarşı qərbin son sanksiyalarını şərh edərək bildirdi ki, Rusiya qadağalar və məhdudiyyətlər diliylə danışılası mümkün olan bir ölkə deyil. Azərbaycanın rəsmi şəxsi qeyd edib ki, belə siyasət dayanıqlı dövlətin mövqelərini yalnız gücləndirəcək:  "Heç kim Rusiyanı sındırmayacaq, Rusiya heç vaxt əyilməyəcək, əksinə daha çox bərkiyəcək".Ölkə rəhbərliyində heç vaxt Rusiyaya qarşı açıq şəkildə dəstək çıxışı olmayıb, həm də onu bu qədər açıq şəkildə müdafiə də etməyiblər, - Mən Ukrayna qarışıqlığı dövrünü nəzərdə tuturam. Ukrayna-Rusiya münaqişəsindən Azərbaycan özünü ayrı tuturdu, Kremlin nüfuz dairəsində üzmürdü, Poroşenkonu prezident kimi tanıyaraq, ona münasibətdə adekvat siyasəti yürüdürdü.Yaqub Eyyubovun açıqlaması ilə Kremlin açıq şəkildə dəstəklənməsi faktı ortaya çıxdı Nüans ondan ibarətdir ki, Bakı qərb sanksiyalarına münasibətdə Moskvanın tərəfində durdu, amma Ukrayna-Rusiya Federasiyası münaqişəsinə münasibətdə deyil. Hərçənd Eyyubovun sözlərini Ukraynanın yeni hakimiyyətinə Azərbaycanın münasibəti kimi də əlaqələndirmək olar.Onu da qedy edək ki, bir-neçə gün əvvəl son üç il ərzində ilk dəfə Bakıda Azərbaycan-Rusiya birgə hökümətlərarası iqtisadi komissiyasının iclası da keçirilmişdir. Görünür, Azərbaycan qərb sanksiyalarına görə, Rusiya bazarında yaranmış məhsul qıtlığını öz bazarı hesabına təmin etməyə hazırlaşır. Bazar ertəsi Moskvada Azərbaycan sərgi-ticarət mərkəzinin yaradılması, məhsulların saxlanılması, Moskvada kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı müqavilələr imzalanmışdır.Bakıda komissiyanın işində iştirak etmək üçün Rusiya Federasiyası hökumətinin sədr müavini gəldi - Dmitri Roqozin. Azərbaycan politoloqlarının təsnifatına görə, bu şəxs qızğın Rusiya millətçisidir, rusiyalı ultraradikalların gizli mövqeyinin ifadəçisidir, Jirinovskiyə bənzər, amma kəskin frazaları sivil formayla maskalayan birisidir.Sentyabrın sonunda isə Jirinovski əlahəzrətlərinin özünün Bakıya gələcəyi, Azərbaycan regionlarına baş çəkəcəyi deyilir. Yəni bizi öz qanadları “altına” alacaq.Jurnalistlərdən birinin sərrast dediyi kimi, bu siyahıda yalnız Zori Balayan çatmır...Nə baş verir? Forpostun mətbuatında belə bir fərziyyə oxudum: Azərbaycan cəbhədə gərginliyin yeni eskalasiyasına Rusiyanın razılığını alır. Hərbi qulluqçuların həlak olması ilə nəticələnmiş avqust eskalasiyası Moskva ilə razılaşdırılmışdı, - Akop Badalyan "Ermənistana yeni zərbə hazırlanır" adlı yazısında buna əminliyini ifadə edir."Birinci avqust cəhdinin Moskvanın razılığı ilə edilməsini, Kreml politoloqları açıq şəkildə etiraf edirlər", o, lragir.am saytında yazır.Ermənistan həyəcanlandığından istənilən Azərbaycan-Rusiya yaxınlaşmasını Dağlıq Qarabağda çökmüş rus ordusunun obrazında görür. Bəlkə də Badalyan haqlıdır, amma mən əvvəlki dəhşətli vəziyyətləri yada salaraq bu versiyaya inanmıram. Azərbaycan-Rusiya münasibətlərinin irəliləyən inkişafının davamı haqqında Azərbaycanda Qarabağı xatırlamadan danışırlar. Bizim versiyamız mənə daha məntiqli görünür.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol