Paşinyan dediyindən dönmür: Qarabağın iştirakı olmadan danışıqlar olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib.
Lakin bununla birgə Ermənistan hökumətinin başçısı özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilmıəsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İ.Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə özünün inadkar mövqeyini ortaya qoyub.
"Ərtaflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Artsax (Dağlıq Qarabağ), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq”, - N.Paşinyanın bəyanatında belə deyilir.
"Əminik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi bazadır”, - o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























