İrəvan Tiflisə zərbə hazırlayır – SENSASİYA

Son günlər Gürcüstanda sərhədləri Keşikçidağ məbəd-kompleksinin (David Qareci monastırı) tamamilə Gürcüstan ərazisində qalacaq şəkildə "düzəltmək” çağırışları səsləndirilir. Əfsus ki, bu cür "tərəfdarlar” bir qayda olaraq tarixi pis bilirlər. Pravoslavlıqda "milli” anlayışı yoxdur. Pravoslav kilsəsinin nöqteyi-nəzərindən erməni kilsəsi kimi bidətçi dini təşkilatlar "milli” hesab edilir.
Azərbaycan tərəfinin arqumentlərindən biri sözügedən memarlıq abidəsinin Azərbaycan tarixinin xristianlıqla bağlı hissəsinə mənsubluğudur. Bu isə Azərbaycanın hələ antik dövrdən məlum olan sakinlərinin – albanların adı ilə bağlıdır.
"Azərbaycanda ölkənin, xüsusilə də Qafqaz Albaniyası dövlətinin xristian keçmişinə maraq artır. Buna yalnız sevinmək olar. Çünki həmin vaxt alban və gürcülər uzun müddət dindaş olublar. Pravoslav albanlar dua etmək üçün Msxetiyə, pravoslav gürcülər isə Qəbələyə gəlirdilər. Onlar arasında "hansı kilsə harada başlayıb harada bitir” məsələsi ümumiyyətlə olmayıb”, - ekspert bildirib.
"Albanların böyük bir hissəsi bidət olduğu üçün qəbul etmədi və yekunda məhz inancın təhrif edilməsinin qəbuledilməzliyi onların müsəlman olmasına səbəb oldu. Bu cür nümunələr tarixdə çoxdur. Həmçinin Bosniyadakı serblər yerli hakimlərin burada Ermənistandan gəlmə Boqomil bidətçiliyini yeritməsindən sonra müsəlman oldular”, - Çiklauri bildirib.
David Qareci monastırının yalnız gürcü deyil, eyni zamanda alban monastırı olmasına qəzəblənməkdənsə, Azərbaycanda öz əcdadlarının pravoslavlığına marağın yaranmasına sevinmək lazımdır”, - ekspert qeyd edib.
Sərhədin Gürcüstan tərəfinin lehinə dəyişməsini istəyən həmin "tərəfdarlar” üçün Çiklauri pravoslav kilsəsinin müasir tarixinə aid bir nümunəni yada salıb. Pskov-Peçora monastırı Rusiyanın müqəddəs məbədidir və burada rahib həyatı ən qədim dövrdən etibarən dayanmadan davam edir. Bu monastırı tez-tez aparıcı rus siyasətçiləri, o cümlədən Putin ziyarət edir. Heç kim isə özünə bu sualı vermir: monastır niyə saxlanılıb?
O, həmçinin Pskov-Peçora monastırının məhz kişi monastırı kimi qayıtmasının Lavrenti Beriyanın adı ilə bağlı olduğunu xatırladıb:
"Nəticədə SSRİ-nin tərkibinə daxil olduqdan sonra Estoniya monastır ərazisini RSFSR-ın tərkibinə verdi, Pskov-Peçora monastırı isə həmin dövr üçün Rusiya ərazisində fəaliyyətdə olan yeganə monastır oldu”, - Çiklauri bildirib.
"Şübhə yoxdur ki, məhkəməyə verəcəklər. Bax, təhlükə də buradadır! Ölkənin AB-yə üzv olmasından sonra Avropa məhkəmələrinin gürcü kilsə və monastırlarını erməni bidətçilərinə verməyəcəyinə qarşı zəmanət haradadır? O zaman gürcülərin ziyarət edə biləcəyi yeganə monastır Azərbaycan ərazisində yerləşən Keşikçidağ olacaq”, - Çiklauri fikrini tamamlayıb.(axar.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























