• $
  • €
  • ₽
  • ₺
  • £

900-dən çox məscid Ərdoğanın əlindən alınır

900-dən çox məscid Ərdoğanın əlindən alınır
14.05.2019 15:58
Almaniyada bir neçə federal torpaq müsəlmanlara "məscid vergisi” qoyacaq.

Anews.az xəbər verir ki, Almaniya federal torpaqlarının hakimiyyət orqanları məscidləri yerli müsəlman əhalinin maliyyələşdirməsinə xidmət edən vergi qoyulmasını nəzərdən keçirir. Bu haqda Almaniyanın Die Welt nəşri yazıb. Bir neçə federal orqanın idarəçiləri hesab edir ki, bu ölkədə olan məscidləri burada yaşayan müsəlmanların özləri maliyyələşdirməlidir. Buna görə də Almaniyanın başqa dini icmalarından "kilsə vergisi” alındığı kimi, yerli müsəlmanlardan da "məscid vergisi” tutmaq istəyirlər.
Yerli müsəlman əhalidən toplanacaq bu vergi ilə məscidlər maliyyələşəcək. Bundan məqsəd yerli müsəlman əhalinin xarici təsirdən qorunmasıdır; məqalədə deyildiyinə görə, məscidlərin xaricdən maliyyələşməsi radikallaşmaya və "antidemokratik baxışların yayılmasına” səbəb olur.

İslahatın ilk addımı kimi müsəlmanların ibadət evlərinin qeydə alınmasıdır; başqa dini icmaların artıq belə bir uçotu aparılır. Hazırda isə dövlət qeydiyyatı məcburi deyil. Bu gün üçün Almaniyada 900-dən çox məscid Türkiyənin dini idarələrinə bağlı olan Dini Qurumların Türk-İslam Birliyinə (DQTİB) məxsusdur. Nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyaya "dini və siyasi təsir məqsədilə” imamlar göndərir. Ötən ilin sentyabrında Prezident Ərdoğan şəxsən Kölnə gələrək yeni şəhər məscidinin açılışında iştirak edib. Bu, Avropada ən böyük məsciddir və Türkiyə onun tikintisinə 30 milyon avrodan çox pul xərcləmişdi.

Məqalədə göstərilir ki, Almaniya Federativ Respublikasının bu və ya başqa dini icmalara məxsus olan vətəndaşları öz gəlirləinin 8-9 faizi miqdarında "kilsə vergisi” verirlər. Ateistlər, işsizlər, aztəminatlılar, tələbələr və pensiyaçılar bu vergidən azaddırlar. Müsəlmanlar üçün isə bu günə qədər belə vergi tətbiq edilməyib.(bizimyol.info)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol