• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarovdan erməni jurnalisti susduracaq CAVAB: "Öz Konstitusiyanızı oxuyun, sonra..."

Məmmədyarovdan erməni jurnalisti susduracaq CAVAB: "Öz Konstitusiyanızı oxuyun, sonra..."
15.05.2019 17:07
Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.
Erməni jurnalistin "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olmaq mümkün deyil" barədə ifadəsinə E.Məmmədyarov cavab verib:
"Fikrimcə, bu, tam düzgün deyil, çünki danışıqlar apardığımız bu illər ərzində həmsədrlər regiona səfər edib və Qarabağa gedib, orada erməni icmasının nümayəndələri ilə söhbət edib. Bundan başqa, həm əvvəlki, həm də indiki administrasiya, ümid edirəm ki, danışıqlarla bağlı erməni icmasını məlumatlandırır. Yeri gəlmişkən, sizin rəhbərliyiniz də bəyan etmişdi ki, məlumatlandırırlar. Məsələ onda deyil ki, iştirak edirlər, ya yox. Məsələ ondadır ki, prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma sərgiləməliyik. Mən bunu substantiv danışıqlar adlandırıram, siz predmet danışıqları adlandıra bilərsiniz. Öz Konstitusiyanızı oxuyun, ondan sonra danışarıq. Siz oturub özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. Mənim bir sualım var – Azərbaycanla 30 il müharibədən erməni xalqı nə əldə etdi?”

Erməni jurnalistin "Bəs Azərbaycan xalqı nə əldə etdi” sualına cavab olaraq nazir yolların açılışını, qaz və neft kəmərlərinin tikintisini göstərib: "Bütün bunlar azdır?”
E.Məmmədyarov qeyd edib ki, xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur:
"Sizin dörd ölkənin azı ikisi ilə sərhədləriniz bağlıdır. Üçüncüsü ilə də bağlanmaq üzrədir. Və? Düşünün, özünüzə sual verin”. (trend)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol