• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Birinci vitse-prezident Bakının Kürdəxanı qəsəbəsində olub

Azərbaycanın Birinci vitse-prezident Bakının Kürdəxanı qəsəbəsində olub
28.05.2020 18:20
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

Anews.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər. 
Məlumat verilib ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşüblər.
113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. 

Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.

Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.
Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol