• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI
22.05.2019 09:59
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə qərarı ilə həbsdən azad olunması Baş nazir Nikol Paşinyanı dərindən narahat edir. Bunun nəticəsidir ki, Paşinyan xalqı küçələrə çağırır və məhkəmələrin bloklanması ilə bağlı əmr verir. Baş nazir məhkəmələrin bir neçə saatlıq fəaliyyətini əngəlləməklə gücün kimdə olduğunu nümayiş etdirmək istəyir. Ötən ildən başlayan inqilabın ikinci mərhələsinin məhz hüquq-mühafizə orqanlarına qarşı aparılması Nikol Paşinyan hakimiyyətinin sallanmasından xəbər verir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli mətbuata məsələ ilə bağlı açıqlamasında bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsindən 10 ay keçib və o, bu müddət ərzində ən azından hüquq-mühafiə orqanlarını, ən azından, neytrallaşdırmalı, inqilab ab-havasına kökləməli idi: "Belə görünür ki, Paşinyan hüquq-mühafizə orqanlarının bir qismini, xüsusilə, məhkəməni tamamilə nəzarətsiz buraxıb. Məhkəmə köhnə hakimiyyətə, yəni Sarkisyana tabe olur və onun dediklərini yerinə yetirir. Sözsüz ki, bu məsələdə Moskvanın da müəyyən təzyiqləri nəzərə alınmalıdır. Çünki Vladimir Putinin həbsxanada ikən Koçaryanı doğum günü münasibətilə təbrik etməsi, hətta İrəvana səfəri zamanı ilk olaraq Koçaryanı ziyarət etmək istəyini açıqlaması Ermənistan cəmiyyətinə ciddi surətdə təsir göstərib”.

Politoloqun fikrincə, Paşinyan hələ də küçə inqilabçısı olaraq qalır: "Bundan qabağa gedə bilməyib. Paşinyan öz hakimiyyətini qurmaq üçün dərin islahatlara getməli idi. Məhkəmə, dövlət hakimiyyət orqanlarında struktur islahatlarına, kadr potensialının yerləşdirilməsi məsələlərinə baxmalı idi ki, belə vəziyyətlərdə durumdan çıxa bilsin. Paşinyanın inqilab iddiaları gülməli gəlir. Ermənilər elə dayanmadan inqilablar etməyəcək ki”.

Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan Robert Koçaryan həbsxanadan çıxdıqdan sonra daha əsəbi, daha lovğa və təkəbbürlü bəyanatlar verməyə başlayıb: "Baş nazir mübarizənin növbəti mərhələsinin başlandığını bildirdi. Mübarizənin Dağlıq Qarabağdan, Xankəndidən başlayacağını bəyan etdi. Belə görünür ki, Paşinyan xalqı ümidsiz və əzgin vəziyyətdə inqilabın üçüncü mərhələsinə keçirməyə çalışır. Digər tərəfdən isə Koçaryan, Sarkisyan, Saakyan və digərləri sözü bir yerə qoyaraq siyasi mübarizənin yeni həlledici mərhələsinin start götürdüyünü elan etdilər. Faktiki olaraq, Ermənistanda iki ideologiya formalaşıb. Biri zəif və üzgün səslə insanları üçüncü inqilaba səsləyir. Əksinqilabın inqilaba qarşı hücum etdiyini bəyan edir. Digər tərəfdə separatçı rejimin başında duran adamlardan ibarət, əllərində kifayət qədər maliyyə vəsaiti olan, ələlxüsus, Rusiyanın ciddi hüsn-rəğbətindən istifadə edən cəbhə əksinqilab şəklində hücuma keçməyə hazırlaşır. Proses dərinləşməkdədir. Paşinyanın isə manevr imkanları o qədər də geniş deyil. Tutaq ki, polisə əmr verdi və Koçaryanı yenidən həbs etdirmək istədi. Bunun üçün məhkəmənin qərarı lazım olacaq. Məhkəmə isə artıq itaətdən çıxıb və azadlığa buraxdığı adamı yenidən həbs etdirmək haqqında qərar çıxarmayacaq. Bu da məsələni hüquqi müstəvidə həll etməyə imkan verməyəcək. Koçaryanı ram etmək üçün Müdafiə Nazirliyinin qüvvələrindən, Xüsusi Xidmət Orqanlarının xüsusi təyinatlı gücündən istifadə edə bilməz. Bunun özü də qanundankənardır. Paşinyan rəqiblərini ya ram edəcək, ya da zaman fasiləsi verəcək. Bu zaman fasiləsində də ya onun rəqibləri ölkədə olmayacaq, ya da ölkədə olan hissəsi Paşinyanın özünə qarşı mübarizəyə başlayacaq. Beləliklə, bölünmüş cəmiyyət yaranacaq”.

Politoloq sonda qeyd edib ki, Paşinyanın atdığı addımları hələ ki, cəsarətli addım kimi dəyərləndimək olmur: "Hətta burada bir məğlubiyyət elementləri də nəzərə çarpır. Görünür, Dağlıq Qarabağ da daxil olmaqla, Ermənistanda siyasi temperatur xeyli qalxacaq. Bu temperatur isə Moskvadan idarə olunacaq”.(publika)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol