Əhməd Davudoğlu Bakıya gəlir

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ilk xarici səfərə çıxacağı ölkə məlum olub. ANS PRESS-in xəbərinə görə, Davudoğlunun ilk xarici səfəri ŞimaliKipr Türk Respublikasına (KKTC) və Azərbaycana olacaq. Baş nazirlik mətbuat mərkəzinin məlumatına görə, Əhməd Davudoğlu sentyabrın 16-da KKTC-yə, 19-20 sentyabrda isə Azərbaycana səfər edəcək. Xatırladaq ki, 12-ci prezident Rəcəb Tayyib Ərdoğan da vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq KKTC-yə və Azərbaycana səfər etmişdi. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























