• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan, Sarkisyan-Köçəryan: Azərbaycana hansı sərf edir?

Paşinyan, Sarkisyan-Köçəryan: Azərbaycana hansı sərf edir?
24.05.2019 20:32
Ermənistanda Paşinyanla Köçəryan arasındakı gərginliyin uzanaraq gərginləşməsi, ancaq sonda Paşinyanın qazanması Azərbaycana sərf edir.
QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında Ermənistanda Paşinyan yaxud Sarkisyan-Köçəryan hakimiyyətinin Azərbaycanın milli maraqlarına uyğun olması məsələsinə aydınlıq gətirib.
Ekspert hesab edir ki, Ermənistanda siyasi mustəvidə baş verənlərin bizə təsirlərinə aydınlıq gətirmək lazımdır:

"Buna bir neçə aspektdən cavab vermək olar. Birincisi, çoxillik acı təcrübə göstərir ki, Qarabağ məsələsinə münasibətdə Köçəryan-Sarkisyan tandemi bizim üçün ən pis seçimdir. Əli azərbaycanlıların qanına batmış və Rusyanın imperial dairələri ilə sıx əlaqədə olan bu iki fiqurun Ermənistan və Qarabağda mövqelərini qoruması və gücləndirməsi maraqlarımıza uyğun deyil. Digər tərəfdən Paşinyan son 1 ildə Qarabağ məsələsində yaxşı heç nə ilə yadda qalmadı. Əksinə, radikal yanaşmaları fəal şəkildə istifadə etdi. Əslində ondan qısa müddətdə Qarabağ məsələsində nisbətən yumşaq münasibət gözləmək siyasi və praktik baxımdan çox optimist yanaşmadır. Ancaq ümumilikdə Paşinyanın Ermənistanda və Qarabağda Köçəryanla Sarkisyana qarşı mübarizə aparması, siyasətdə Qarabağ klanının təsirinin zəifləməsinə xidmət edir. Paşinyanın 2016-cı il aprel məğlubiyyəti barədə parlamentdə komissiya yaradılmasına dair bəyanatı da Qarabağ klanına qarşı zərbə kimi dəyərləndirilə bilər. Çünki bu komissiya, eks prezidentlərə ən iddialı olduğu Qarabağ mövzusunda, ordu və təhlükəsizlik xidməti strukturlarında ciddi zərbə vurmaq imkanı yaradacaq”.
N.Cəfərsoy vurğulayıb ki, onların heç biri ideal seçim deyil:
"Ancaq Paşinyan hələlik, pisin yaxşısı kimi görünür. Ümumilikdə Paşinyan və komandası indiyə qədər hakimiyyətdə olanlar içərisində Ermənistanda normallaşmanı təminetmə potensialına malik olanlardır. Ancaq burada da bir təhlükə var. Əgər Paşinyan uğurlu islahatlar keçirməyə nail olsa,bir il əvvəl hakimiyyət dəyişikliyi ilə "demokratik" imic formalaşdırmağa çalışan Ermənistanın mövqeyi bir balaca güclənə bilər. Bunun cavabı isə, ölkəmizdə aparılan və bundan sonra da davam etdiriləcək islahatlarla verilə bilər. 
Ekspert qeyd edib ki, Paşinyan ilə Köçəryan/Sərkisyan rəqabətində 3-cü variant da var:
"Paşinyan Ermənistanda siyasi nəzarəti ələ alır. Köçəryan-Sarkisyan xətti isə Qarabağda nəzarətlərini gücləndirərək davam edirlər. Bu vəziyyət Ermənistanla Qarabağdakı rejim arasında gərginlik olması baxımından bizim üçün müsbət məqam sayıla bilər. Ancaq bu halda hadisələrin 3 şəkildə inkişaf etməsi ehtimal olunur. Birincisi, erməni "dərin ağlı" (kilsə+diaspora) Ermənistanla Qarabağdakı rejimin ən azından Azərbaycan əleyhdarlığında uzlaşmasını təmin edə bilər. 1990-cı illərdə Petrosyan-Köçəryan dövründə buna bənzər təcrübə yaşanmışdı. İkincisi, Köçəryan-Sarkisyan xətti separatist rejimi Moskvanın açıq himayəsinə aldırmaq üçün Rusiyaya hərbi bazalar və Rusiya Federasiyasına birləşmə də daxil təxribat xarakterli təklifləri gündəmə gətirə bilər. Bu da Azərbaycanla Rusiya münasibətlərində yeni gərginliklər yaradacaq. Üçüncüsü, bu cür inkişaf Ermənistanın Qarabağ işğalının məsuliyyətindən qaçmasına, Azərbaycanın Qarabağdakı separatistlərlə birbaşa üz-üzə qalmasına imkan yaradar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol