• $
  • €
  • ₽
  • ₺
  • £

Ülkər Abdullayeva: “Putinin həmişə ehtiyat planı olur” - AÇIQLAMA

Ülkər Abdullayeva: “Putinin həmişə ehtiyat planı olur” - AÇIQLAMA
13.09.2014 12:21

Demokratik İslahatlar Partiyasının Siyasi Şurasınını üzvü və mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva ANN.Az-a verdiyi açıqlamasında Ukraynada baş verən proseslərdə Rusiyanın rolu və mövcud böhranın həlli ilə bağlı məsələyə münasibətini bildirib: “Münaqişə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin rusiyameylli siyasət aparmasından sonra pik həddinə çatdı. Bu münaqişənin kökləri daha dərindir. Rusiya post-sovet məkanını heç bir halda Avropa İttifaqına, ya da ABŞ-a güzəştə getmək istəmir".

Ülkər Abdullayevanın sözlərinə görə, Rusiya uzun illərdir Ukraynadan keçməklə Avropaya nəql edilən qaz kəmərlərindən Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi və proseslərin gərginləşməsi də o vaxtdan start götürüb: "Yanukoviçin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan imtina etməsi Ukraynadakı avropameylli qüvvələrin etirazlarını artırdı. Bu fürsəti fötə verməyən Rusiya Ukrayna daxilindəki rusiyameyilli qüvvələrlə ittifaqa girərək parçalamaya nail oldular". Krımın Rusiya üçün Qara dənizə mühüm çıxış nöqtəsi olduğunu xatırladan Ü.Abdullayeva bugünkü proseslərin gedişində Ukraynanın Qara dəniz donanmasının tamamilə Rusiyanın diqtəsi ilə hərəkət etdiyini diqqətə çatdırıb: "Krımın guya öz müstəqilliyini elan etməsi (əslində bu Rusiya tərəfindən reallaşdırılan işğal idi) və Moskvanın da dərhal bu müstəqilliyi tanıması işğalçının məqsədini tam çılpaqlığı ilə ortaya qoydu. Rusiya öz ənənəsinə sadiq qalaraq parçalama siyasətinı yeritdi. Necə ki, bunu ermənilərin əli ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində, osetinlərin və abxazların əli ilə Gürcüstanda tətbiq etmişdi”.DİP yetklisi Ukraynada baş verən proseslərin fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bu nəhəng derjavanı ipə-sapa yatıracağına şübhə ilə yanaşdığını deyib:“Rusiya Ukraynada işğalçılıq siyasəti üçün cəsarəti onda tapdı ki, 2008-ci ildə Gürcüstanda başlanan hərbi kampaniyada Qərb dövlətləri rəsmi Tiflisi tək qoydular. Gürcüstana verilən dəstək vədləri elə vəd olaraq qaldı. Rusiya bu kampaniyadan qalib çıxdı. Əvəzində Avropanın Rusiyadan enerji asılılığı daha da artdı. Rusiya güclü enerji ehtiyatlarına malikdir. Və yaxşı bilir ki, Avropa hələ enerji təlabatlarını ödəyə biləcək yeni alternativlər tapmayıb. Qarşıdansa qış fəsli gəlir. Odur ki, Qərb dövlətlərinin sanksiyaları davamlı olmaya bilər”.Sonda Ü.Abdullayeva vurğulayıb ki, Rusiyaya qarşı hazırda atılacaq yeganə mümkün addım Avropanın rus məhsullarını almaqdan imtina etməsidir: “Bu addımla Avropa Rusiyanı bir qədər geri çəkilməyə məcbur edə bilər. Çünki Rusiya artıq bu sanksiyalar nəticəsində xeyli maliyyə itkisi ilə üzləşib. Düşünürəm ki, Putinin belə situasiyalar üçün həmişə ehtiyat planları olur və o, bunları yaxın vaxtlarda işə salacaq” Mehman ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol