• $
  • €
  • ₽
  • ₺
  • £

Andrey Kançelskis: Mxitaryan belə qorxursa, özünə pampers alsın

Andrey Kançelskis: Mxitaryan belə qorxursa, özünə pampers alsın
29.05.2019 12:22
Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda bir nömrədir. Finalda iki ingilis klubunun olması digər çempionatların bu gün dayanmasının göstəricisidir. Vaxt vardı, ispanlar, italyanlar Avropa futbolunda dominantlıq edirdilər... İndi isə ingilislərdir. Burada qəribə və təəccüblü heç nə yoxdur. Hər şey qanunauyğundur.

Bunu Rusfootball.info-ya "Mançester Yunayted”, "Everton”un, "Mançester Siti”nin sabiq cinah hücumçusu Andrey Kançelskis deyib.
O, müsahibəsində bildirib ki, bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında möhtəşəm oyun olacaq:

"Əminəm ki, yaxşı futbol olacaq. Heç vaxt proqnoz verməmişəm. Komandaların şansları barədə danışsaq, hazırda mənə elə gəlir ki, "Çelsi” daha üstündür. Çünki onlarda bütün xətlərdə balanslaşdırılmış heyət var.
Fikrimcə, onlar qalib gələcək. Ancaq final finaldır. Məncə, oyun penalti seriyasınadək uzanmayacaq, matç əsas vaxtda başa çatacaq. Ancaq istənilən halda yaxşı matç olacaq. Çünki ingilislər açıq futbol oynayır”.

Ukrayna doğumlu, Rusiya millisinin sabiq futbolçusu, hazırda Özbəkistanın "Navbahor” komandasını çalışdıran 50 yaşlı məşqçi "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı suala da cavab verib. O, erməni futbolçunu "qorxaq” adlandırıb:
"Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır!
Sadəcə, gülməlidir. Bu, nə sirkdir! Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan. Sənə, ümumiyyətlə, orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasında münasibətlər nə qədər pis olsa da, sən gedib oynamalısan. Sonda sənə heç kim barmağı ilə toxunmayacaq! Ola bilsin ki, fitə basdılar, qışqırdılar... Maradonanı da İngiltərə yığmasına əllə qol vuranda fitə basırdılar. Maradona ki yaşayır! Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın.

İlya Sımbalar öləndə "Spartak”ın nümayəndələri cənazə üçün Odessaya getməkdən qorxurdular. Qorxurdular ki, onları öldürəcəklər. Onlar açıq şəkildə deyir ki, qorxurlar. Onda da demişdim ki, özlərinə pampers alsınlar. Kim sizə toxuna bilərdi ki? Həmin futbolçu həyatını "Spartak”a həsr etmişdi, amma onlar getmədilər...
Əgər insan istəyirsə, o, özündən asılı olan hər şeyi edir. Əgər qorxursansa, onda etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirməməyə görə cərimələyərdim. Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryandır. Çünki o, Bakıya getmədi və komandasına kömək etmədi”.

Sonda Andrey Kançelskis Madriddə gələn ayın əvvəlləri keçiriləcək UEFA Çempionlar Liqası ilə də bağlı fikirlərini bildirib. O qeyd edib ki, vaxtilə "Everton”da oynadığı üçün "Liverpul”a "düşmən” gözü ilə baxır və "Tottenhem”in qələbə qazanmasını istəyir. 

Qeyd edək ki, bu gün "Arsenal” və "Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.(oxu.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol