• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxardı

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxardı
29.05.2019 16:07
Avropa Məhkəməsinin Böyük Palatası mayın 29-da Azərbaycanla bağlı qərar verib. Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında verilib.

Anews.az xəbər verir ki, Nazirlər Komitəsi Avropa Məhkəməsinin "Respublikaçı Alternativ” (ReAl) partiyasının sədri İlqar Məmmədov haqqında çıxardığı 22 may 2014-cü il tarixli qərarla əlaqədar müraciət edib. Həmin qərar 2014-cü ilin oktyabrında qüvvəyə minib. Nazirlər Komitəsi isə bu məsələ ilə əlaqədar 2017-ci ilin dekabrında Avropa Məhkəməsinə məktub göndərib. Məktubda da sual qoyulub ki, Azərbaycan bu qərarı icra etməməklə Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi (Avropa Məhkəməsinin qərarlarının icrası barədə) pozubmu? İlqar Məmmədovla bağlı qərarın icra olunmaması İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 46.1 maddəsinin pozulması anlamına gəlirmi?

2014-cü ilin mayında çıxarılmış qərarda Avropa Məhkəməsi İ.Məmmədov haqqında həbs qərarının Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyada nəzərdə tutulmuş hallar istisna olmaqla, başqa məqsədlərlə şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması) maddələrinə zidd olması nəticəsinə gəlmişdi.
Avropa Məhkəməsinin bu qərarının icrasıyla bağlı məsələ dəfələrlə Avropa Şurası Nazirlər Komitəsinin (Məhkəmənin qərarlarının icrasına bu qurum nəzarət edir) toplantılarında müzakirə olunmuş, son nəticədə 2017-ci ilin dekabrında belə bir məktub göndərilmişdi.

Avropa Məhkəməsi bu məsələni araşdırarkən ötən il avqustun 14-də azərbaycan hökuməti onlara İ.Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin bir gün öncə çıxardığı qərarı göndərib. Həmçinin İlqar Məmmədovun üzərindən çəkilməmiş şərti cəzanın götürülməsi haqda Azərbaycan Ali Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərarı da sonradan Strasburqa göndərilərək, ReAl sədri barədə qərarın icra olunduğu bildirilib.
Avropa Məhkəməsi bugünkü qərarında belə nəticəyə gəlib ki, Avropa Şurası Nazirlər Komitəsi bu məsələ ilə əlaqədar onlara müraciət edəndə Azərbaycan hökuməti qərarı icra etməmişdi. Bununla da Konvensiyanın 46.1 maddəsini pozaraq, Avropa Şurası qarşısında öhdəliyinə əməl etməmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol