• $
  • €
  • ₽
  • ₺
  • £

"Dəqiq kəşfiyyat məlumatı olmadan zabitimiz vurulmazdı" - Hərbi ekspertdən şok açıqlama

"Dəqiq kəşfiyyat məlumatı olmadan zabitimiz vurulmazdı" - Hərbi ekspertdən şok açıqlama
31.05.2019 16:24
Dünən Azərbaycan Ordusunun hərbi qulluqçusu, tabor komandiri, mayor Omarov Aqil Akif oğlu erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid olub.

Maraqlıdır ki, hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda baş verib.
Tabor komandirinin şəhid olması cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və "düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib.
Cəbhədə atəşkəsin pozulması minimum həddə olduğu bir zamanda tabor komandirinin vurulması birmənalı qarşılanmır.
Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib

Tərlan Eyvazov vurğulayıb ki, tabor komandirinin vurulması olduqca ciddi məsələdir:
"Bu məsələ sıradan bir məsələ deyil. Şəhid olan zabitimizi ehtiyatsızlıqda günahlandırmaq doğru deyil. O cür təcrübəli hərbçi təhlükəsizlik tədbiri görməmiş olmazdı. Paşinyanın qeyri-səmimi sülh çağırışından sonra müəyyən qədər atəşlərə ara verilmişdi və statistikaya baxsaq, döyüş itkilərinin sayı azalmağa doğru gedirdi. Bu son hadisələrdən sonra açıq aydın göründü ki, "Qarabağ klanı” ilə Paşinyan yola getmir. Ona görə də bu cür təxribatların olacağı gözlənilən idi. Yenə də təkrar edirəm ki, tabor komandiri, mayor Aqil Omarovun ehtiyatsızlıqdan şəhid olmasına inana bilmirəm. Yəqin ki, erməni kəşfiyyatının dəqiq müşahidəsi nəticəsində onlar hədəfi seçiblər. Onlar önlərinə çıxanı vurmayıblar. Konkret müşahidə ediblər və gözlənilməz şəkildə vurublar”.

Erməni tərəfinin "biz vurmamışıq” açıqlamasına gəldikdə isə Tərlan Eyvazov bildirib ki, bu, gülüncdür:
"Erməni tərəfi bilir ki, bunun cavabı çox ağır olacaq. İllər öncə Ağdamda 9 yaşında bir uşaq da vurulanda güllənin haradan atıldığı məlum idi. Onda da dedilər ki, biz vurmamışıq. Boyunlarından atmaq ermənilərin adətidir”.

Zabitin hansı şəraitdə vurulmasına gəldikdə isə hərbi ekspert bunları deyib:
"Aqil Omarov təlim meydançasında olub. Təlim meydançası isə düşmən müşahidəsi tərəfindən görünə bilməzdi. Çünki təlim meydançası bu cür təhlükələrdən sığorta olunmuş yerlərdə qurulur. Buradan belə nəticəyə gəlmək olar ki, ermənilər mövqelərini dəyişərək ərazini görə biləcəkləri yerə gəliblər və buradan atəş açıblar. 2 il öncə casusluq qalmaqalı olmuşdu. Çox güman ki, erməni kəşfiyyatının izi hələ də orada qalmaqdadır. Dəqiq kəşfiyyat məlumatı olmadan belə bir komandirin vurulması qeyri-mümkün olardı”.

Azərbaycan tərəfinin cavabına gəldikdə isə Tərlan Eyvazov qeyd edib ki, qarşı tərəf məhv edilməliydi:
"Əgər biz tabor komandirinin şəhid olmasına görə düşmən tərəfini məhv etməsək, onlar ağıllanmayacaq. Hətta bu hadisə Ermənistanda olan silahlı qruplaşmaların əməli də ola bilər. Ancaq bu heç nəyi dəyişmir. Bizim problemimiz deyil. Bu məsələyə görə qarşı tərəf mütləq cəzalandırılmalıdır”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol