• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan hiddətləndi: "Köməkçisinə deyir ki, get Facebook-da yaz ki, Paşinyan torpaqları satır"

Paşinyan hiddətləndi: "Köməkçisinə deyir ki, get Facebook-da yaz ki, Paşinyan torpaqları satır"
05.06.2019 16:23
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi barədə daha bir kəskin bəyanat verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan onun hakimiyyətə gəlişinə qədər Dağlıq Qarabağ "hakimiyyətinin” münaqişəyə dair danışıqlar prosesinin detallarından və mahiyyətindən xəbərsiz olduğunu deyib. Paşinyanın sözlərinə görə, o Dağlıq Qarabağ rəhbərliyini ilk dəfə danışıqlara dair sənədlərlə tanış edib, əvəzində isə onlardan "torpaqları satmaq” barədə ittihamlar eşidib.

"Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə bir neçə dəfə görüşlər keçirmişəm və Qarabağ münaqişəsinin həllinə dair öz baxışlarımı çatdırmışam. Maraqlanmışam ki, onlar mənim baxışlarımla razıdırmı. Və aydın olub ki, hamı razıdır. Və bütün bunlardan sonra həmin masa arxasında oturan adamlar əlaltdan təxribatlara əl atır və deyirsə ki, bu hökumət torpaqları satır, o zaman məndə sual yaranır. Mən bu adamla məxfi söhbət eləmişəm ki, hansı addımlarla irəli gedəcəyik, sonra isə həmin adam çıxıb öz köməkçisinə deyir-get Facebook-da yaz ki, Paşinyan torpaqları satır? O nəyə görə bunu edir?”-Paşinyan Dağlıq Qarabağın qondarma "prezidenti” Bako Saakyanı və onun köməkçisi David Babayanı nəzərdə tutaraq deyib.
Ermənistanın baş naziri əlavə edib ki, Qarabağ danışıqlarına dair sənədləri qondarma rejimə ilk dfə o verib. Və o vaxta qədər onlar danışıqların predmeti barədə kursda olmayıblar.

"Mən beş dəfə soruşdum: siz danışıqların nə haqda aparıldığını bilirsinizmi? Məlum oldu ki, onlar kursda deyillər. Və bundan sonra onlar öz köməkçiləri vasitəsilə sosial şəbəələrdə antixalq hakimiyyəti haqda yazırlar? Nə üçün bunu edirlər?”-o sual edib.

Paşinyan bildirib ki, Ermənistanda həmin adamın (Bako Saakyanın) "xeyirxah dostu” hakimiyyətdə olanda o ümumiyyətlə danışıqlara dair informasiyaya malik deyildi. Və heç kim onu nə baş verdiyi haqda məlumatlandırmağı lazım bilmirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol