Prezident: Moldova “partlayış”a çox yaxındır

Moldova qeyri-sabit vəziyyətin bir addımlığındadır.
RİA Novosti xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon bugünkü brifinqdə bəyan edib.
Dövlət başçısı vətəndaşları mümkün etirazlarda iştirak etməməyə və təxribata uymamağa çağırıb:
"Vəziyyət çox mürəkkəb və dolaşıqdır. Biz ölkədə durumun kütləvi şəkildə qeyri-sabitliyə doğru dəyişməsinin bir addımlığındayıq. Biz "partlayış”a çox yaxınıq. Vətəndaşlardan xahiş edirəm ki, bu gün və sabah evlərindən bayıra çıxmasınlar, parlament və Prezident Administrasiyasının binalarını mühasirəyə almasınlar”.
İ.Dodon hüquq-mühafizə orqanlarına öz vəzifələrini yerinə yetirməyə və təxribata yol verməməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Moldova Konstitusiya Məhkəməsi deputatların iyunun 7-dək hökuməti formalaşdırmalı olduğu barədə qərar qəbul etmişdi. Əks təqdirdə, Prezident parlamenti buraxa bilər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib