• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda bu tarixə kimi savaş gedəcək: Paşinyanın Azərbaycan torpaqlarında şok planı

Qarabağda bu tarixə kimi savaş gedəcək: Paşinyanın Azərbaycan torpaqlarında şok planı
29.05.2020 11:02
"Rəsmi İrəvanla separatçı rejim arasında gərginlik artmaqdadır. Çünki İrəvanda yeni hakimiyyətə gəlmiş fiqurlar çox istərdilər ki, separatçı rejimin başqa nümayəndələri onlara loyal olsun”.

Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıqov deyib.
Ermənistanda rəsmi İrəvan və Xankəndi arasındakı siyasi münaqişənin son durumu ilə bağlı danışan politoloq bildirib ki, iki siyasi elita arasında qarşıdurma ilk belə hal deyil: "Hətta Paşinyan hakimiyyətə gələndə çalışıb ki, Xankəndidə Bako Saakyana qarşı aksiyalar keçirsin, sadiq adamlarını ona qarşı qaldırsın və s. Təbii ki, Bako Saakyan keçmiş hakimiyyətin – Serj Sarkisyanın və Robert Koçaryanın adamıdır. Buna görə də Paşinyan çoxdan çalışır ki, onları göndərsin. Lakin Koçaryanın həbsdən azadlığa çıxmasından sonra bu istək ciddiləşməyə başlayıb. Paşinyan başa düşür ki, ona qarşı müəyyən dalğa qalxır. Zənnimcə, bu gərginlik daha da artacaq və baş nazir əlindən gələni edəcək ki, hətta 2020-ci il seçkilərinə qədər Qarabağ klanının rəhbərliyini dəyişdirsin. Hələlik isə Paşinyanın buna gücü yoxdur. Çünki o özü də o qədər möhkəm və stabil deyil. Ona qarşı məhkəmə strukturları tərəfindən müqavimət göstərilir. Digər dövlət strukturları onu dəstəkləmir. Belə getsə, bu qarşıdurma 2020-ci ilə qədər beləcə davam edəcək”.Politoloq bildirib ki, Nikol Paşinyan Qarabağ klanını Azərbaycanla müharibəyə getməkdə ittiham etsə belə, separatçıların bu müharibə üçün o boyda imkanı yoxdur:
"Paşinyan üçün sözünə baxan rejim lazımdır. Buna görə də hər vasitə ilə Saakyan hakimiyyətini uzaqlaşdırmaq üzərində işləyir. Ola bilsin ki, Qarabağda Azərbaycanla gərginliyin artmasında maraqlı olanlar var. Bunu açıq şəkildə bəyan edənlər də var. Bu isə Paşinyana müəyyən əsas verir ki, onları ittiham etsin. Bu o demək deyil ki, Paşinyan separatçıların Azərbaycana qarşı mövqelərindən narahatdır. Sadəcə olaraq bütün proseslərin nəzarəti altına keçməsini arzulayır. Kortəbii şəkildə deyil, təşkilatlanmış və nəzarətli şəkildə”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol