• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibə riski: Azərbaycan həmin obyektlərin ətrafını vursa

Qarabağda müharibə riski: Azərbaycan həmin obyektlərin ətrafını vursa
12.06.2019 12:26
Son günlər cəbhə xəttində erməni tərəfinin təxribatları artıb. Bu durum may ayının 30-u Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarovun şəhid olmasından sonra daha çox hiss edilməyə başlayıb.

İyunun 9-da isə cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub.

Cəbhədəki vəziyyətin gərginləşməsinin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir edəcəyi isə sual altındadır.
Anews.az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a deyib ki, danışıqların olub-olmaması vəziyyətə təsir baxımından o qədər də vacib deyil.

Zülfüqarovun fikrincə, Ermənistan rəhbərliyi real danışıqlar prosesini tam şəkildə pozur:
"Hətta atəşkəs rejiminə aid razılaşmalar açıq şəkildə pozulub. Deməli, onlar bilərəkdən sülh istəmirlər. Ermənistan fərqli yolu – müharibəni seçib. Düşmən daxildə olan qarşıdurmanın qarşısını almaq üçün müharibəyə can atır. Nikol Paşinyan sonuncu dəfə Qarabağda olarkən əvvəlki rəhbərlərin tərəfdarlarına qarşı sərt addımlar atıb. Nəticədə siyasi böhran baş verib. Bunun qarşısını almaq, müharibə vəziyyətini bərpa etmək, xarici düşmən formalaşdırmaq Paşinyan üçün vacibdir.  Baş nazir başa düşür ki, onu Rusiya tərəfindəki müxalif qüvvələr  dəstəkləyir. Paşinyan və onun tərəfdarları inanmırlar ki, Rusiya tərəfi torpaqların ermənilərdə qalmasına təminat verəcək. Ermənistan cəmiyyətində belə fikir yaranıb, müharibə başlasa, rəsmi Moskva  Ermənistana yardım etməyəcək. Bu cür inamın formalaşması erməni rəhbərliyinə imkan verir ki, qərbyönümlü siyasəti seçsin”.

Eks-nazir bildirib ki, Nikol Paşinyan ictimaiyyəti çaşdırmaq üçün manevr edib, əvvəlcədən "Qarabağ klanı”nı ittiham edir, müharibənin başlamasında onları günahlandırır.
"Əslində isə hərbi əməliyyatların başalması Paşinyan qruplaşmasının xeyrinədir”.
Politoloq Qabil Hüseynli isə düşünür ki, danışıqlar prosesi artıq alt-üst olub:
"Erməni rəsmilərinin son bəyanatları danışıqların predmetinə zərbə vurur. Düşmən tərəf iddia edir ki, hər hansı torpağın qaytarılması danışıqların müzakirə mövzusu ola bilməz. Ermənilər bu cür mənasız bəyanatlarla vaxt udmağa çalışırlar.
ATƏT-in Minsk qrupunun fəaliyyətində sanki pauza yaranıb. Ermənilər isə danışıqlarda bir növ özlərini naza qoyublar. Hazırkı proseslər sübut edir ki, başqa çıxış yolu yoxdur, söz ordunundur. 20 minlik şəxsi heyətlə müharibənin başlamasını nəzərdə tutmuram. Lokal toqquşmalar şəklində cəbhə xəttində vəziyyət dəyişə bilər. Biz bilməliyik ki, müharibəsiz öz niyyətimizə çata bilməyəcik, torpaqlarımızı qaytarmayacağıq.

Mən düşünürəm ki, yerli əhalidən ibarət hazırlıqlı partizan qruplarının düşmənin daxilinə göndərilməsi müsbət rol oynaya bilər. Düşmənə zərbə vuracaq mövqelər seçməliyik. Məsələn, Sərsəng su anbarı Dağlıq Qarabağın canıdır. Ordumuz isə Sərsəng su anbarının 4-5 kilometr aralığındadır. Ona görə, həmin obyektlər ətrafında həyata keçirilən əməliyyata heç kim qarışa bilməz. Bu metodu tətbiq etsək, Qərb dövlətləri də işimizə qarışa bilməz. İstənilən halda danışıqlar məsələsi bu gün gündəmdə deyil”-deyə Q.Hüseynli qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol