• $
  • €
  • ₽
  • ₺
  • £

"Cəbhədə hərbi fəallıq, Bakının zərərinə ola bilər" - Politoloqdan ŞOK

"Cəbhədə hərbi fəallıq, Bakının zərərinə ola bilər" - Politoloqdan ŞOK
29.05.2020 08:43
Torpaqlarımız işğal altında qaldığı müddətdə, həmişə müharibə riski olacaq və Azərbaycan heç vaxt bunu istisna etməyib.
Redaktor.az-a müsahibəsində, millət Hikmət Babaoğlu müharibə olacağı təqdirdə beynəlxalq, yaxud xarici güclərin müdaxiləsinin mümkünlüyü məsələsinə toxunub:

"Bütün müharibələr tarixində xarici faktorlar həmişə olub və şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi tarixində də bu müşahidə edilib. Ona görə də Azərbaycan daima öz tərəfdaşlarını artırmaqla, onlarla əməkdaşlığı dərinləşdirməklə xarici faktorları öz lehinə dəyişməyə, yaxud neytrallaşdırmağa nail olur. necə ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik  Şurasına qeyri- daimi üzv seçilərkən 155 ölkənin dəstəyini almağı bacarmışdı və bu olduqca mühüm göstəricidir. Ona görə də, əminliklə deyə bilərik ki, işğalçı Ermənistan xarici himayəyə çox da bel bağlamasın. Çünki Azərbaycan düşünülmüş xarici siyasət strategiyası ilə Ermənistanın ənənəvi müttəfiqlərini də öz tərəfdaşına çevirməyi bacarıb və onlar kritik vəziyyət yarandığı halda, mütləq Azərbaycanın maraqlarını nəzərə almalı olacaqlar”.
Politoloq Əhməd Əlili də məsələ ilə bağlı saytımıza danışıb.
O, hesab edir ki, indiki zamanda cəbhə xəttində Azərbaycan tərəfinin hərbi aktivlik göstərməsi diplomatik və siyasi baxımdan Bakını geri ata bilər:

"2016-ci ilin sonlarından etibarən Ermənistan üzərində çox ciddi diplomatik basqı formalaşıb. Bu basqının intensivliyi 2018-ci ilin dekabr ayından etibarən özünün pik nöqtəsindədir. Ermənistan diplomatik fonda olan basqıları neytrallaşdırmaq üçün cəbhə xəttində aktivləşmə arzulayır. Bu bəhanə onlara danışıqlar prosesinin son fazasında əldə olunmuş uğurları neytrallaşdırmaq üçün lazımdır”.
Politoloq qeyd edib ki, Ermənistan daxilində baş verən proseslər nəticəsində, Paşinyana qarşı ciddi daxili qüvvələr birləşib:
"Qarabağ klanı, Qarabağda olan hərbi birləşmə komandirləri Paşinyanın danışıqlar prosesindəki mövqeyini zəiflətmək üçün cəbhə xəttində insidentlər törədirlər. Görünür, bu məsələ Balasardyanın istefası ilə bitməyib. Digər tərəfdən, Paşinyan ətrafında olan şəxslər də bu cür aktivlikdə maraqlıdırlar. Qarabağı satmaqda ittiham olunan Paşinyan, bu cür insidentlərdən daxili auditoriya üçün istifadə etməyə çalışır. Bununla Qarabağ uğrunda vuruşduğunu, heç kəsi, heç nəyi satmadığını göstərmək istəyir. Tonoyanın cəbhə xəttinə səfəri, əsgərləri mükafatlandırması da bu sıradan olan addımlardandır”.
Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi cəbhədə baş verənlərə "müşahidəçi" olduğu müddətdə, Ermənistan daxilində neqativ dinamika sürətlənir:
"Ermənistana diplomatik təzyiqlər getdikcə artır. O baxımdan, nə qədər "qeyri-patriotik” görünsə belə, "cavab verməmək” indiki zamanda, düzgün qərardır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol