İcra başçısı taxıl sahələrindəki yanğınlarla bağlı qərargah yaratdı

Şəmkir rayonunda taxıl biçininin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə qərargah yaradılıb.
Anews.az "Qafqazinfo”ya istnadan xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, İH başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət qərargahın iclası keçirilib.
Eyni zamanda taxıl sahələrinin kənarlarının şumlanması, biçinə cəlb edilmiş kombayınların və texniki vasitələrdə yanğına qarşı avadanlaıqlarla təzhiz olunmalı, otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğın təhlükəsizliyi ilə əlaqədar zəruri tədbirlər görülməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























