• $
  • €
  • ₽
  • ₺
  • £

Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi
18.06.2019 14:53
Şəki Apellyasiya Məhkəməsində Alməmmədov Vəfadar Əlövsət oğlunun şəhid statusunun bərpası ilə bağlı şikayətə baxılıb.
Anews.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında vəkil İlkin Mustafa məlumat verib.

O deyib ki, hakim Mübariz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şəhid statusunun ləğv edilməsi barədə çıxarılan akt etibarsız hesab edilib. Bununla da V.Alməmmədovun şəhid statusu qaytarılıb.Qeyd edək ki, V.Alməmmədov 2000-ci il dekabrın 24-də Daşkəsən rayonunda yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşüb və donaraq ölüb. Bundan sonra ona şəhid statusu verilib. Ailəsi qanunvericilikdə nəzərdə tutulmuş maddi ödəmələri də alıb. Lakin 7 ildən sonra Hərbi Komissarlığın 28 iyun 2007-ci il tarixli məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən mərhuma verilmiş şəhid statusu ləğv edilib.

Məsələyə aydınlıq gətirmək üçün müvafiq inzibati orqanlara yazılı müraciətlər edilsə də, bunun nəticəsi olmayıb. Daha sonra şəhid statusunun bərpa edilməsi üçün şəhidin anası Alməmmədova Gülöyşə Feyzulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilib.
Daha sonra birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bundan sonra kassasiya şikayəti verilib və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.

Kollegiya hesab edib ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmayıb, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol