• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: "Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər"

Oqtay Əsədov: "Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər"
28.05.2020 22:05
Azərbaycan Milli Məclisində parlamentin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report”un xəbərinə görə, O.Əsədov deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var.
O.Əsədov deyib ki, həm Azərbaycan, həm Gürcüstan müstəqillik əldə etdikdən sonra münabətlər inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
"Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Siyasi əlaqələrmizlə bərbər, iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik. Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdırlar. "Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu oynadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Parlament əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Deputatlarımız beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini həmişə dəstəkləyirlər. Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq” - deyə O.Əsədov qeyd edib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qəbula görə təşəkkür edib, iki ölkə arasında əməkdaşlığın sıx olmasından bəhs edib.
"Biz Avropa Şurası və digər beynəlxalq təşkidatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkşafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentlərarası dostluq qrupları arasında mövcuddur" - deyə, o, əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol