İran "quşu"gözündən vurdu - Çavuşoğlu İrana niyə getmişdi?

Oman körfəzində ABŞ-a məxsus "mq-4a global hawk” tipli pilotsuz uçuş aparatının vurulması Tehran və Vaşinqton arasındakı gərginlikdə yeni cəbhə açdı. Əslində İran ilk dəfə deyil ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurur. Məşədi İbad demişkən: "İran bi no adətkardır...". Bundan əvvəl, Suriyada Tehran bir neçə uçuş vasitəsini vurmuşdu. Bir müddət əvvəl isə "RQ-170” tipli uçan cihazı cəsus proqramı ilə, bir güllə atmadan ələ keçirmişdi. Maraqlısı budur ki, Vaşinqton o vaxt məsələyə bu qədər ciddi reaksiya verməmişdi.
Ekspertlərin sözlərinə görə, ABŞ-ın sonuncu hadisəyə görə bu qədər narahat olmasının arxasında başqa səbəblər var. Bildirilir ki, "mq-4a global hawk” aparatı bu sahədə ən güclü vasitə hesab edilir. Bu baxımdan, Vaşinqton İranın silahın sirlərini ələ keçirəcəyindən narahatdır. Çünki, Tehran bundan əvvəl vurduğu ABŞ cihazlarının oxşarını hazırlamış və onu dünayaya nümayiş etdirmişdi.
"Mq-4a global hawk” cihazının özəllikləri:
Qanadlarının uzunluğu 40 metr olan cihaz, 1500 metr yüksəklikdə uça bilir. Birbaşa ABŞ-dan idarə olunan aparat, 36 saat havada qala bilir. 360 dərəcədə çəkiliş aparmaq imkanları var. Əlbəttə, ABŞ müxtəlif cəsus sistemləri ilə təmin olunmuş belə cihazın ələ keçməsindən narahat olmalıdır. İran aparatın oxşarını yarada bilsə, Vaşinqtonun bölgədəki fəaliyyətini asanlıqla izləyə bilər.
İddialara görə, hadisədən sonra ABŞ bölgəyə dərhal iki qırıcı təyyarə göndərib. Məqsəd aparatın qalıqlarını ələ keçirmək olub. Lakin İranın müdafiə sistemlərinin qırıcıların radar sistemlərini "kor” etməsi, onları geri çəkilməyə məcbur edib. Üstəlik, Pentaqon bütün pilotsuz aparatların bölgədən geri çəkilməsinə əmr edib.
Yeri gəlmişkən, bəzi analitiklər bu ərəfədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun İrana səfərini təsadüf hesab etmirlər. Çünki, son zamanlar Türkiyə pilotsuz uçuş apatlarının istehsalı üzrə böyük uğurlar əldə edib. Mümkündür ki, Tehran Ankaraya ələ keçirilən aparatın qalıqlarının birgə araşdırılmasını təklif edib. Sözsüz, ABŞ-dan uçuş aparatı ala bilməyən Türkiyə üçün bu təklif göydəndüşmə olar."Hazırca kökə tapdım" məsələsi...
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib