• $
  • €
  • ₽
  • ₺
  • £

2.5 milyonluq saatı oğurlanan şəxs hansı məmurun oğludur?

2.5 milyonluq saatı oğurlanan şəxs hansı məmurun oğludur?
27.06.2019 10:46
İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqliq dəyərində saatı oğurlanıb.


Qaynarinfo xəbər verir ki, hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan "Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.


Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə eləmirlər. 


Bəs, 22 yaşlı azərbaycanlı kimdir?
 
"Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?


Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. 


22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb.  O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir. 


2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 


İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var” deyə Cavanşir Həsənli yazır.
 










www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol