Ermənistanla Rusiya arasında şok razılaşma - FOTO

Ermənistan və Rusiya yeni silah tədarükü haqqında saziş bağlayıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan və Rusiya Müdafiə Sənayesi şirkətləri "Ordu - 2019" Beynəlxalq Hərbi-Texniki Forumunda hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalayıb.Bundan başqa, hərbi ləvazimatların tədarükü üçün daha bir neçə razılaşmanın əldə
olunması planlaşdırılıb
.

Ermənistanın müdafiə sənayesi naziri Avetik Kerobyan "Zvezda" telekanalına açıqlamasında bildirib ki, ölkələr arasında texniki əməkdaşlıq çox dinamik şəkildə inkişaf edir: "Biz Rusiya ilə hərbi məhsulların tədarükü üçün yeni müqavilələr imzalamışıq və imzalayırıq. Ermənistan və Rusiya müəssisələri arasındakı əlaqələrdə inkişaf var və bu istiqamətdə müəyyən addımlar atılır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























