• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili :“Növbəti ildən uşaq pulu məsələsi də həllini tapmalıdır”

Millət vəkili :“Növbəti ildən uşaq pulu məsələsi də həllini tapmalıdır”
27.06.2019 13:20
Son aylar hökumət sosial sahədə müəyyən addımlar atıb, bir sıra istiqamətlər üzrə əməkhaqları qaldırılıb, minimum əməkhaqqı 250 manat olub. Bunlar müsbət addımlardır.

Anews.az xəbər verir ki, bunu Milli Məclisdə "Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev əlavə edib ki, bəzi destruktiv qüvvələrin bu artımdan sonra inflyasiya və ya devalvasiya olacağı haqqında iddiaları əsassızdır.
Deputat hökuməti növbəti addımlar atmağa dəvət edib: "Hesab edirəm ki, növbəti ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanlarının əməkdaşlarının əməkhaqları da artırılmalıdır. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün dövlət hakimiyyət orqanlarının təmsilçilərinə layiqli əməkhaqqı verilməlidir.
 
Prezidentin 3 aprel fərmanında qeyd edilir ki, hüquqi islahatlar dərinləşdirilməlidir. Biz həm də çalışmalıyıq ki, hüquqi maarifçilik işi aparılsın. Əgər televiziyalarda hüquqi verilişlər verilsə, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Daha çox bu məqsədlə seriallar çəkilir. İnsanlar bu seriallara baxmaqla həm əylənirlər, həm də hüququ prosedurları öyrənirlər. Biz ola bilsin ki, o səviyyədə seriallar çəkə bilmərik. Ancaq ən azından belə seriallar tərcümə edilə bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol