• $
  • €
  • ₽
  • ₺
  • £

Yüz ilin planı yenidən gündəmdə: müsəlmanlar qovulur, əraziləri... - Qapalı toplantının ŞOK DETALLARI

Yüz ilin planı yenidən gündəmdə: müsəlmanlar qovulur, əraziləri... - Qapalı toplantının ŞOK DETALLARI
27.06.2019 14:51
Bəhreyndə Yaxın Şərq Sülh Konfransı keçirildi. Konfransda ABŞ prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə müşaviri Cared Kuşner çıxış etdi.

Türkiyəli siyasi yazar Taha Dağlı konfransda Fələstin və Qüds məsələsinin qapalı görüşmələrdə müzakirə edildiyini yazıb.

Publika.az xəbər verir ki, türkiyəli yazar fələstinlilərə birbaşa Kuşner tərəfindən 50 milyard dollar təklif edildiyi iddiasını irəli sürüb.

"Bu pulun qarşılığında fələstinlilərdən torpaqlarını istəyirlər. Fələstinlilər bu təklifə əvvəldən "torpağımız pulla satılmır” cavabını veriblər. Lakin konfransda fələstinli yox idi, çünki boykot etmişdilər. Əvəzində ərəb ölkələrinin nümayəndələri var idi və əsas müzakirə mövzusu da "yüzillik anlaşma” olan plan idi”, - deyə Dağlı yazıb.

"Yüz ilin anlaşması”: burada iki seçimdən bəhs olunur.

Birinci variantda Fələstin torpaqlarında bir fələstinlinin belə qalmaması və böyük yəhudi dövlətinin qurulması, fələstinlilərə isə başqa ərazilərdə dövlətin qurulmasını nəzərdə tutulur. İllərdir müzakirə olunan "iki dövlət” həll variantı artıq yoxdur. Yerinə "yeni dövlət” variantı var. Fələstinlilərə Qüds, Əl-Halil, Ramallah, Nablusdan uzaqda, səhranın ortasında yeni bir dövlət qurulacaq. Artıq yeni Fələstin dövlətinin xəritəsi də hazırlanıb. Qəzza və Qəzzanın cənubunda Misirə bağlı Sina çölündən ibarət olan bölgə fələstinlilərin yeni dövlətinin ərazisidir. İsrail, Misir və Birləşmiş Ərəb Əmirliyi fələstinlilərə yeni şəhərlərin inşa edilməsi ilə bağlı razılaşıb. İordaniyanın bu layihəyə bəzi etirazları var, çünki yeni Fələstin dövlətinin qurulması üçün İordaniyadan torpaq alınacağı ehtimalı var. Əgər İordaniya problem yaradarsa, "ərəb baharı” ilə üzləşə bilər. Bununla bağlı hazırlıqlar tamamlanıb, vəzifə ərəb ölkələrində müəyyən qrupların rəhbəri olan Dahlana verilib. Layihəyə yeganə etiraz edən qüvvə Qəzzadakı Həmasdır.

İkinci variantda fələstinlilərə Qüds və Qərbi Şeriada bir-birindən ayrı qəsəbələr veriləcək. Bu varianta görə fələstinlilərə Qüdsün Əbu Dıs məhəlləsi təklif olunur. Qərbi Şeriada isə ondan çox Fələstin şəhəri və qəsəbəsi fələstinlilərə verilmir. Bu şəhərlərin aralarında İsrail sərhədləri yer alır və torpağın çoxu İsrailə verilir. Bu, bir-birindən ayrı ərazilərdə qurulan dövlətdir və faktiki olaraq, bir dövlətin yox olması hesab olunur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol