• $
  • €
  • ₽
  • ₺
  • £

AŞ PA-nın saytında Dilqəm Əsgərov və Şahbaz Quliyev bağlı bəyanat yayıldı

AŞ PA-nın saytında Dilqəm Əsgərov və Şahbaz Quliyev bağlı bəyanat yayıldı
28.06.2019 14:32
AŞ PA-nın yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən "İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib.

Bütün bunları nəzərə alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar.Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb.

Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.
Bəyanatda deyilir:
"2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq.

Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq.
Bildiririk ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib. Cari il iyunun 25-də AŞ PA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir.

Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞ PA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol