• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan cəmiyyəti parçalanıb, partlayışlar mümkündür - DETALLAR

Ermənistan cəmiyyəti parçalanıb, partlayışlar mümkündür - DETALLAR
29.06.2019 09:30
Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) qayıdışını heyətin yarısı dəstəkləməyəndə erməni nümayəndə heyətinin AŞ PA-da səsverməsi Ermənistanda da qızğın müzakirələrə səbəb olub. Məlum olduğu kimi, "lehinə” ancaq müxalif fraksiyanın deputatları Edmon Marukyan və Naira Zoqrabyan səs veriblər.

Nümayəndə heyətinin başçısı Ruben Rubinyan (həm də parlamentin Xarici əlaqələr komissiyasının sədri) əleyhinə səs verib, sonra isə məlumat verib ki, bu, "texniki səhv” olub. Hərçənd erməni jurnalist Ayk Xalatyanın "Dalma” saytında yazdığına görə, AŞ PA-da səsvermə mexanizmi ilə tanış olan insanlar əmin edirlər ki, orada səhv səs vermək praktiki olaraq mümkün deyil. Üstəlik, hakimiyyətin ikinci deputatı (parlamentin Xarici əlaqələr komissiyasının sədr müavini) Hovanes İqityan səsvermədə iştirak etməyib.

AŞ PA-da səsvermə Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı gerçək münasibətini göstərdi. Rusiyalı yazıçı, siyasi və ictimai xadim, "İzborsk” klubunun təsisçilərindən biri və "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov "Media.az”a müsahibəsində vəziyyəti şərh edib.

- Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), nə də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv deyil, lakin Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanı dəstəkləyib. Ermənistan həm KTMT-yə, həm də Aİİ-yə daxildir, qazın qiymətindən, silah tədarükündən və bir çox şeydən asılı olduğu öz böyük feodalını yekdilliklə və razılaşdırılmış səsvermə ilə dəstəkləmədi.

- Mənə elə gəlir ki, erməni cəmiyyəti konsolidasiya olunmayıb, yalnız qismən idarə olunandır, dövlət başçısının aşkar və ya aşkar olmayan göstərişlərini yalnız qismən yerinə yetirir. Müxtəlif variantlar məhz buradan yaranır. Həmin variantlar ictimai düşüncənin disbalansının nəticəsidir. Faciə məhz bundan ibarətdir.
- Maraqlıdır ki, Rusiyanı dəstəkləməyənlər məhz Nikol Paşinyanın komandasının üzvləridir.

-  Bu, elə disbalansın nəticəsidir. Deyək ki, Azərbaycanda müxalifət var. Lakin Azərbaycan cəmiyyəti konsolidasiya olmağı bacarıb. O, daxili dram və  daxili parçalanmaya görə narahat olmur, istənilən çətinliklərə baxmayaraq, bütün enerjisini inkişafa yönəldir. Bu, səsverməyə də təsir edib.
Rusiya ilə münasibət Azərbaycan siyasətinin strateji istiqamətidir. Bizə elə gəlirdi ki, erməni siyasəti də belədir. Axı Nikol Paşinyan daim (söhbət Rusiya ilə ziddiyyətlərdən gedəndə - red.) bəyan edir: "Xeyr, bu belə deyil”.

Ermənistan cəmiyyəti parçalanıb, orada bu yaxınlarda yaşadıqları inqilab, hakimiyyət dəyişikliyindən başqa, müxtəlif partlayışlar mümkündür. Bu, iri miqdarda enerjinin üzə çıxması kimi bir şeydir. Məndə belə bir hiss var ki, Ermənistan bir çox mənada bərbad vəziyyətə düşüb. O, inqilabın nəticələrindən arzu etdiyini ala bilməyib. Qarabağda hələ də müharibə gedir, əhali ölkəni tərk edir. Ermənistan çəngəl üstündədir – bir tərəfdən Rusiya ilə (geosiyasi və iqtisadi baxımdan asılıdır) olmaq zərurəti var, digər tərəfdən isə böyük erməni diasporunun yaşadığı Qərbə və Amerikaya can atma mövcuddur.

Sözün düzü, mənim hətta nədəsə ermənilərə ürəyim yanır. Onlar mənim vətənimin – SSRİ-nin bir hissəsi olublar. Və mən Azərbaycanın uğurlarına çox sevinirəm. Azərbaycan nə qədər güclü olarsa, Moskva və Bakının münasibətləri də bir o qədər sıx olacaq. Rusiyalı vətənpərvər kimi, digər dövlətlərlə də münasibətlər quran Azərbaycanın güclənməsində təhlükə görmürəm.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol