• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili şəhid ailəsinin evinə ayaqqabı ilə girib? - AÇIQLAMA - FOTO

Millət vəkili şəhid ailəsinin evinə ayaqqabı ilə girib? - AÇIQLAMA - FOTO
01.07.2019 11:34
Milli Məclisin vitse-spikeri Bahar Muradova şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olmasına dair iddialara cavab verib.

Anews.az Gununsesi.org-istinadən xəbər verir ki, vitse-spiker həmin mənzil sahibinin şəhid ailəsi olmadığını yazıb.
Adətən həqiqətə uyğun olmayan "xəbərlərə” reksiya verməyin tərəfdarı deyiləm. Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir çərçivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan. Guya, şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir. Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu "xəbərləmə”onun müəllifləri üçün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim üçün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu üçün. Odur ki, laqeyd qala bilməzdim.

Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq üçün "vasitə” kimi istifadə olunmuşdur. Hətta bununla belə mən bu "informasiyadan” özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm. Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram. Hamımız üçün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə.
 
Üzümü onlara tutaraq deyirəm:
Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək üçün başqa "imkanlar” yetirsin!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol