• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa: “Əməkhaqları hətta Ermənistandan da azdır”

Fazil Mustafa: “Əməkhaqları hətta Ermənistandan da azdır”
29.05.2020 00:30
"2019-cu ilin yanvar-aprel aylarında ümumidaxili məhsulun 2018-ci ilin eyni aylarına nisbətdə 2 faiz artması müşahidə olunub. Valyuta ehtiyatlarımız 3 milyard civarında artıb. Lakin 2014-cü illə müqayisədə ümumidaxili məhsulun hazırkı tempinin hələ uzun müddət bərpa olunması çətin olacaq”.
Anews.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, 28 milyard 720 milyon dollar bu müqayisədə aşağıdadır:


"Bu tempi yaxalamağımız büdcənin artmasına səbəb ola bilər. İki sadə müqayisə aparmaq istəyirəm – orta aylıq əmək haqqı və pensiya və təqaüdlər. Diqqət etsəniz, Azərbaycanda orta əmək haqqı 348 dollardır. Bu rəqəm Gürcüstandan 60, Belarusdan 133, hətta Ermənistandan 26 dollar azdır. 


Halbuki iqtisadi imkanlarımız əhalinin orta əmək haqqını daha yüksək səviyyəyə qaldırmağa imkan verir. Pensiyalarda da təribən eyni vəziyyətdir. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır. Azərbaycanla eyni əhalisi olan Belarus 2 milyon 594 min təqaüdçüyə və əhalinin 26 faizinə , Azərbaycanda isə 1 milyon 299 min təqaüdçüyə və əhalinin 13 faizinə pensiya verir. 


Görün nə qədər fərq var və bu da Azərbaycanda yaşayış səviyyəsinin aşağı olmasına gətirib çıxaran amillərdəndir”.


Deputat həmçinin qaz limitinin artırılmasından təqdir edib: "Elektrik enerjisi ilə bağlı da əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır. Bu gün bütün uçuşlar Kutaidən, Tiflisdən edilir. Qiymətlər baha olduğundan özümüzü bilə-bilə bu zərər salırıq”.


Fazil Mustafa Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: "Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol