• $
  • €
  • ₽
  • ₺
  • £

Uelsdə NATO sammiti öz işinə başlayır

Uelsdə NATO sammiti öz işinə başlayır
04.09.2014 11:44
"İkigünlük sammitdə təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək" Bu gün Uelsdə NATO-nun sammiti öz işinə başlayır. Trend-in məlumatına görə, NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatılacağı ikigünlük sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək. Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq.Sammit Əfqanıstana dair iclasın keçirilməsi ilə başlayacaq. Belə ki, NATO bu il Əfqanıstanda hərbi missiyasını başa çatdırır. Dövlət başçıları ISAF missiyasının əldə etdiyi nailiyyətləri və NATO-nun 2014-cü ildən sonra da Əfqanıstana dəstəyini müzakirə edəcəklər. BMT və Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərlə yanaşı, sammitə ISAF-da iştirak edən ölkələrin, Əfqanıstan və Yaponiyanın dövlət başçıları da qatılacaq.NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2002-ci il noyabrın 20-dən NATO-nun ISAF missiyasının Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak etməyə başlayıb. Həmin dövrdən etibarən Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentinin sayını dəfələrlə artırıb. Hazırda ISAF əməliyyatlarında iştirak edən Azərbaycan Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətini davam etdirir. NATO-nun sülhməramlı missiyası olan ISAF 2001-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə təsis olunub. Missiyanın məqsədləri Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təlim keçmək, ölkəyə əsas hökumət institutlarının bərpası yönündə yardım etmək və üsyançı qruplara qarşı mübarizə aparmaqdır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol