• $
  • €
  • ₽
  • ₺
  • £

“Heydər Əliyev ordeni"nin 15-ci sahibi və digər ali vəzifəlilər - Siyahı

“Heydər Əliyev ordeni"nin 15-ci sahibi və digər ali vəzifəlilər - Siyahı
03.09.2014 17:00
Ölkə qanunvericiliyinə görə, 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi "Heydər Əliyev" ordenidir. Bu gün onu 15-ci dəfə yüksək vəzifəli şəxsə - Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğana verdilər.Modern.az saytının məlumatına görə, "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər. Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:- Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;- Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə."Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.Əcnəbilərə aşağıdakı hallarda verilir:- Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;- Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə."Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir.Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.İndiyə qədər bu ordenlə 15 nəfər təltif olunub."Heydər Əliyev" ordeninin ilk laureatı Prezident İlham Əliyev olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona "Heydər Əliyev" ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub. "Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.Ordenlə təltif olunanlar:28.04.2005 — İlham Əliyev, Azərbaycan Respublikasın Prezidenti (Onun statusuna görə);29.04.2005 — İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə);29.01.2007 — Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);27.03.2007 — Mstislav Leopoldoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə);21.05.2008 — Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);27.11.2008 — Tahir Teymur oğlu Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);14.06.2009 — şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);02.07.2009 — Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə); 10.08.2009 — Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);18.04.2011 — Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);14.11.2011 — Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).12.07.2012 - Emoməli Rəhmon, Tacikistan prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).13.09.2013 - Arif Məlikov, SSRİ xalq artisti (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə)12.11.2013 – Abdulla Gül, Türkiyə prezidenti (Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

3.09.2014 - Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti (Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə). (Modern.az)

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol