• $
  • €
  • ₽
  • ₺
  • £

Keşikçi Dağa giriş qadağan edildi

Keşikçi Dağa giriş qadağan edildi
16.07.2019 16:49
İyulun 15-də Gürcüstan öz ərazisində "Keşikçidağ" mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb.

Anews.az Demokrat.az-a istinadan xəbər verir ki, turist qruplarını monastr kompleksinə aparan bələdçilər "David Qareci"nin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər, "Kafkazskiy uzel" yazır. Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.

"Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib", - "İnterpressnyus" Marukaşvilinin sözlərindən sitat gətirib.

Onun məlumatına görə, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərə verilib.

Turan-ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər. Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər, bələdçi Rusudan Caparidze bildirib.

"Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır", "Pervıy kanal" onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, iyulun 14-də Gürcüstan tərəfdən bir qrup aqressiv adam azərbaycanlı sərhədçilərə hücum edərək onları təhqir edib.

İyulun 15-də Gürcüstanın səfiri Azərbaycan XİN-ə çağırılıb və ondan açıqlama tələb edilib.

Rəsmi Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını və pozucuların məsuliyyətə cəlb olunmasını tələb edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol