• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı
17.07.2019 09:30
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.

Anews.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən, Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Mərkəz ictimai əhəmiyyət daşıyan, həmçinin bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin fəaliyyətinin məqsədləri qoruqlarda tarix və mədəniyyət abidələrinin, mədəni irsin qorunması, qoruqların ərazisi üçün müəyyən olunmuş rejimi saxlamaqla abidələrin tarix və mədəni cəhətdən öyrənilməsi, toxunulmazlığının təmin edilməsi, qoruqların turizm yönümlü istifadəsinin təmin edilməsi, qoruqların öz gəlirləri hesabına idarə olunması və maliyyə mənbələrinin diversifikasiyasının təşviqi, qoruqlarda dayanıqlı idarəçiliyin təmin edilməsidir.
Mərkəz qoruqlar sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, qoruqlar sahəsinə aid fəaliyyətin planlaşdırılması, nəzarət və əlaqələndirmə işlərini, qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir, qoruqların ərazilərində yerləşən abidələrin qorunub saxlanılmasını, toxunulmazlığını təmin edir, qoruqların ərazilərində turizm infrastrukturunun yaradılması və idarə olunması işini təşkil edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol